Honda şirkəti, JonDZ Adventuring YouTube kanalının aparıcısı və avtomobil səyyahı olan Con Tuiko ilə birlikdə Overland Expo West sərgsi üçün xüsusi Passport TrailSport Rugged Roads Project krossoverini hazırlayıblar.

Yeni layihə TrailSport ofroud xəttinin inkişaf istiqamətlərindən birini nümayiş etdirir və ilk növbədə overlendinq üçün nəzərdə tutulub. Avtomobil, Honda firma aksessuarlar dəstini, Jsport və Factor 55 komponentlərini, habelə Honda R&D tərəfindən xüsusi sifarişlə hazırlanmış paslanmayan poladdan müdafiə lövhələrini alıb.

Honda Passport TrailSport Rugged Roads layihəsinin əsasını TrailSport ofroud versiyasında olan yenilənmiş Passport krossoveri təşkil edir. Seriya TrailSport modeli adi Passport krossoverindən yalnız “kobud” dekoru ilə fərqlənirsə, Rugged Roads versiyası isə, modelin qeyri-asfalt imicini vurğulamaq üçün hazırlanmış xüsusi aksesuarlar dəstinə sahib olub.

Bunlara misal kimi,  Honda Genuine Accessories kataloqundan götürülmüş dam reylinqləri, təkər tağlarının plastik əlafələri və 18-düymlük təkər diskləri daxildir.

Bununla birlikdə, ən qiymətli yeniliklər Honda R&D tərəfindən təqdim edilib: yeniliklər narıncı rəngli qarmaqlardan və 3 millimetrlik paslanmayan poladdan hazırlanmış qoruyucu lövhələrdən (mühərriki və yanacaq çənini əhatə edən) ibarətdirlər. Eyni zamanda, Jsport firması da ön asqını 38 millimetr, arxa asqını isə 86,4 millimetr qaldıran liftinq dəstini təqdim edib.

Ən maraqlısı isə, liftinq dəstinin quraşdırılmasına baxmayaraq, avtomobilin klirensi 213.4 millimetr olaraq qalır! Bundan əlavə, TrailSport modeli Destination A/T2 şinləri və Roofnest Sparrow XL çadırı, Factor 55 yedək qurğusu və Dirt Complex ehtiyat təkərinin bərkitmə sistemi ilə təchiz olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrik dəyişməyib: bu, 284 at qüvvəsi və 355 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərrikdir. Güc qurğusu doqquz diapazonlu “avtomat” ilə tandemdə çalışır. Krossover fırlanma anının 70 faizini arxa oxa və ya tam şəkildə təkərlərdən birinə yönəldə bilən i-VTM4 tam ötürmə sisteminə malikdir.

Passport TrailSport Rugged Roads modelinin kütləvi debütü Overland Expo West sərgisində baş tutacaqdır. Tədbir 24-26 sentyabr tarixlərində Arizona ştatının Flaqstaff şəhərində keçiriləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.