Honda şirkəti bu ayın sonunda işinə başlayacaq Los-Anjeles avtosalonunda debüt edəcək Passport modelinin ilk videotizerini yayıb. Honda Passport yapon istehsalçısının model xəttində CR-V və Pilot modellərinin arasında yer alacaqdır.

Bununla belə, istehsalçı yeni model barədə heç bir məlumat verməyib. Krossoverin Honda şirkətinin amerikan Honda R&В Americas tədqiqatlar və işləmələr mərkəzi tərəfindən yaradıldığı məlumdur.Yeni model istehsalçının Alabama ştatının Linkoln şəhərindəki zavodunda buraxılacaqdır.