Çinin Hongqi markası xüsusi sifarişlə yığılacaq uzunbazalı H9 + modelini təqdim edib. Uzunbazalı sedanın ilk kütləvi nümayişi 26 sentyabr tarixində Pekində keçiriləcək avtosalonda baş tutacaqdır.

Yeni model, Çin markasının flaqman sedanı olan Hongqi H9 modeli ilə yalnız ölçüləri ilə fərqlənir. Limuzinin uzunluğunun 5337 millimetrə, təkər bazasının isə 3360 millimetrə çatacağı gözlənilir. Beləliklə, Hongqi H9 + standart sedandan 200 millimetr uzun olacaq, onun oxları arasındakı məsafə isə 300 millimetr artacaqdır.

Image alt Image alt Image alt Image alt

Dəbdəbəli sedanın salonu dördyerli quruluşa malik olacaqdır. Əslində, bu heç də yenilik deyil - eyni konfiqurasiyadan standart Hongqi H9 sedanında da istifadə edilir. Hongqi H9+ modeli 283 at qüvvəsi və 400 Nm fırlanma anlna malik olan 3,0-litrlik turbomühərrik və ikimuftalı yeddi pilləli "robot" ilə təchiz edilir. Ötürmə - arxa oxa və ya tam ola ola bilər.

İlkin məlumatlara görə, modelin qiyməti 600.000 yuandan çox olacaqdır. Çin limuzinin ən yaxın rəqibləri uzunbazalı Mercedes-Benz E-Class və BMW 5-Series modelləridir. Bu modellər Çində 430.000 yuandan başlayan qiymətlər ilə satılırlar.