Çinin Great Wall şirkətindən fərqli olaraq, FAW dövlət konserni Avropa bazarına can atmır. Bununla belə, konsernin tərkibinə daxil olan Hongqi («Qırmızı bayraq») şirkəti Frankfurt avtosalonunda iştirak edib.

Hətta, çinlilər Frankfurta iki yeniliyi də gətirməkdən çəkinməyiblər. Qeyd edək ki, 1958-ci ildə nümayəndəlik sinifində avtomobillərin buraxılması üçün yaradılmış brend, yenicə kütləvi bazara çıxaraq, model cərgəsini genişləndirir. Marka hələlik Çin bazarında fəaliyyət göstərir, amma onun rəhbərliyi ixracatı da gözardı etmək fikrində deyil.

Image alt Image alt Image alt Image alt Image alt

Son ildə Hongqi müxtəlif ölçülü üç krossover təqdim edib. Frankfurtda isə, çin markası Hongqi E115 adlı konseptual krossoveri təqdim edib. Konseptin hazırlanmasına Rolls-Royce şirkətinin şef dizayneri olmuş Cayls Teylor işləyib. O, hazırda çin konserninin dizayn üzrə vitse-prezidenti və baş yaradıcı direktorudur. Teylos Rolls-Royce Cullinan modelinin dizaynının müəllifidir.

Hongqi E115 hələlik interyerə malik deyil və onun texniki hissəsi haqqında ətraflı məlumat da verilməyib. Krossover yeddi hərəkət rejiminə malik olan elektrik güc qurğusuna, pnevmoasqıya və dördüncü səviyyə avtopilot sisteminə malikdir. Konsept 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənir və 600 km yürüş ehtiyatına malikdir.

Image alt Image alt Image alt Image alt Image alt

Çinlilər tərəfindən nümayiş etdirilmiş ikinci gözlənilməz yenilik Hongqi S9 hiperkarı olub. Karbonplastikdən hazırlanmış ikiyeli kuzova, «qağayı qanadları» üslubunda qapılara və hibrid güc qyrğusuna malik olan kupe Bugatti Chiron modelinə «əlcək atmaq» fikrindədir. Ümumi hasilatı 1400 at qüvvəsi olan hibrid qurğunun tərkibinə 4,0-litrlik V turbomühərriki və elektrik mühərriki daxildir. 100 km/saat həddinə 1,9 saniyəyə sürətlənən hiperkarın maksimal sürəti 400 km/saatın üzərindədir. 

Hiperkarın gələcək taleyi barədə heç bir məlumat verilməyib.