Porsche dedikdə bir çoxlarının gözü qarşısında idman avtomobilləri canlanır. Əlbəttə ki, avropalılarda bu marka 911 sportkarı ilə assosasiya edilsə də, bizim avtomobilsevərlərin ağlına ilk gələn Cayenne krossoveri və ya Panamera liftbeki olur.

Lakin, Porsche markasının bir çoxları tərəfindən tanınmayan bir tərəfi də var – alman markasının dünya rallisində əldə etdiyi uğurlar. Məsələn, Porsche 1986-cı ildə əfsanəvi Dakar rally-reydində 959 və 953 modelləri ilə qalib olub. Porsche 911 modeli Vik Elford və Byorn Ualdeqradın səyləri nəticəsində 60-70-ci illərdə rally trassalarında qalibiyyətlər əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu günlərdə Porsche şirkəti rally yarışlarına qayıtmaq barədə qərar verib. Alman markasını bu yarışlarda Porsche 718 Cayman GT4 Clubsport modelinin əsasında yaradılmış rally avtomobili təmsil edəcəkdir. Weissach bölməsi tərəfindən yaradılmış və FIA R-GT kateqoriyasının tələblərinə cavab verən avtomobil 2020-ci ildən başlayaraq yarışlara qatılacaqdır. Alman istehsalçısının ralliyə qayıtmasına təkanı keçən il təqdim edilmiş Cayman GT4 Clubsport Rally Concept konseptinə göstərilən müsbət reaksiya verib.

Gələcək rally avtomobili barədə geniş məlumat verilməyib. Böyük ehtimalla, yarış avtomobili 425 at qüvvəsi hasil edən 3,8-litrlik altısilindrli mühərriklə təchiz ediləcəkdir.