İnişil buraxılmış Infiniti Q50 Signature Edition modeli yapon markasının 30 illik yubileyinə həsr edilmişdi. ABŞ-da satılan xüsusi versiya bu il heç bir əlamətdar səbəb olmadan yenidən satışa çıxarılıb. Infiniti markasını yenilənmə gözlədiyini nəzərə alsaq, bu sedanın cari Infiniti Q50 modelinin vida versiyası kimi qəbul etmək olar.

Infiniti Q50 modeli artıq səkkiz ildir ki buraxılır və şayiələrə görə, onun davamçısı 2023-cü ildə debüt etməlidir. Üstəlik, yeni modelin hibrid güc qurğusu ilə təchiz ediləcəyi söylənilir. Hibrid güc qurğunun tərkibinə daxil olan benzin mühərriki generator rolunda çıxış edəcək, təkərlərin hərəkətə gətirilməsinə isə elektrik mühərriki cavabdeh olacaqdır.

Infiniti Q50 Signature Edition modeli Sensory versiyasının əsasında yaradılıb və donorundan tünd xromla örtülmüş radiator barmaqlığı, emblemləri, orijinal dizaynı olan 19-düymlük təkər diskləri və digər modifikasiyalar üçün əlçatan olmayan tünd-qəhvəyi dəri ilə üzlənmiş salonu ilə fərqlənir.

Bundan başqa, xüsusi seriyadan olan sedanın təchizatına əsl ağacdan dekor, naviqasiya sistemi və 16 dinamiki olan Bose Performance Series səs sistemi daxildir. Q50 Signature Edition modeli üçün dörd kuzov rəngi – qırmızı Dynamic Red, göy Grand Blue, ağ Majestic White və qara Midnight Black, - təklif olunur.

Güc qurğusu standartdır – 3,0-litrlik V6 mühərriki 304 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir və 7-pilləli “avtomat” ilə tandemdə çalışır. Sedan 100 km/saat həddinə 5,8 saniyəyə sürətlənir. Ötürmə növündən asılı olaraq Infiniti Q50 modelinin çəkisi 1717 və ya 1786 kiloqram təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

ABŞ-da arxa ötürməli Q50 Signature Edition modeli üçün 48.200, tam ötürməli versiya üçün isə 50.200 dollar tələb olunur.