İlk rəqəmsal nömrə nişanının yaradıcısı olan Reviver Auto şirkəti, Kaliforniya ştatının hakimiyyəti tərədindən belə nömrə nişanlarının istifadə edilməsinə icazə alıb. Pilot layihəsi Arizona ştatında da həyata keçiriləcəkdir.

RPlate Pro adını almış və Detroyt avtosalonunda nümayiş etdirilən rəqəmsal panel, hərf-rəqəm kodundan başqa fərdi ismarıcları da əks etdirə bilər. Əlbəttə ki, bu ismarıclar Avtomobil nəqliyyatının qeydiyyat departamenti tərəfindən təsdiqlənməlidir. RPlate Pro panelinin tənzimlənməsi veb-interfeys vasitəsi ilə həyata keçirilir.

Əlavə imkanlar arasında nəqliyyat vasitəsinin qeydiyyatının avtomatik uzadılması, reklamlar xəbərlərinin, dayanacağın ödənilməsi, sığortanın mövcudluğu və qayda pozulmaları haqqında məlumatın əks etdirilməsi də vardır. İl ərzində Kaliforniyada 100 min ədəd belə rəqəmsal panelin avtomobillərdə quraşdırılacağı ehtimal edilir. Bununla belə, avtomobil sahibi adi nişanla rəqəmsal panel arasında seçim edə biləcəklər.

Avtomobillərdə elektron nömrələrin istifadıə edilməsini təklif edən qanunu Demokratlar partiyasından olan senator Karren Prays 2010-cu ildə irəli sürmüşdü. Ehtimal olunur ki, rəqəm və hərflər hərəkət zamanı əks etdiriləcəkdir. İdeyanın müəllifinin fikrincə avtomobil işıqforda və ya tıxacda dayanan zaman isə reklam göstərilməli idi.