Mlada Boleslavda yerləşən Skoda Akademiyasının tələbələri yeddinci layihələrini - Scala hetçbekinin əsasında yaradılmış konseptual rodsteri təqdim ediblər. Rodster keçən əsrdə Skoda şirkətinin əsasını qoymuş Vatslav Laurin və Vatslav Klementin istehsal etdiyi velosipedlərin şərəfinə Slaviya adlandırılıb.

Hetçbekin rodsterə çevrilməsi prosesində tələbələr Scala hetçbekinin dam örtüyünü kəsərək, kuzovun altlığını möhkəmləndirmiş və qapılardan ikisini ləğv ediblər. Tələbələr həmçinin arxa divandan imtina edərək, rodsteri iki möhtəşəm oturacaq ilə təchiz ediblər. Bundan əlavə, kuzovun arxa hissəsində iki başlığı olan panel quraşdırılmışdır ki, bu elementlər 1957-ci ilin Skoda 1100 OHC idman prototipinə işarə edir.

Skoda 1100 OHC

Digər yeniliklər arasında kiçik arxa spoyler, Kodiaq RS modelindən götürülmüş 20-düymlük təkər diskləri, Octavia RS liftbekindən alınmış əyləclər və təkər topları, Sparco idman oturacaqları və 2250 avtlıq sabvuferi olan səs sistemi vardır.

Avtomobilin güc qurğusu dəyişməyib. Skoda Slavia rodsteri 150 at qüvvəli 1.5 litrlik TSI mühərriki və 7-pilləli DSG "robot"u ilə təchiz olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rodster xüsusi işıqlandırma ilə təchiz edilmişdir. İçşıqlandırmanın və rəngləri arasında firma Skoda yaşılı, həmçinin Çexiya bayrağının rəngləri olan mavi, qırmızı və ağ rənglər mövcuddur. Üstəlik, təkcə avtomobilin alt tərəfi deyil, həm də təkər diskləri və hətta loqotipi də işıqlandırılır.

Skoda Akademiyası tələbələrinin digər lahiyələri arasında Mountiaq pikapı, Karoq kross-kabrioleti, iki nəfərlik Citigo, Fabia pikapı və Citigo modelinin əsasında yaradılmış baqqi də vardır. Bütün bu avtomobillər konsept statusuna malikdırlər və istehsala getməyiblər. Slavia rodsterini də eyni aqibət gözləyir.