AvtoVAZ şirkəti Travel indeksini alan yenilənmiş Lada Niva modelinin interyerini nümayiş etdirib. Krossoverin eksteryeri ciddi şəkildə yenilənsə də, interyeri isə dəyişməyib.

Yenilənmş krossoverin interyeri Chevrolet markası altında satılan Niva modelini təkrarlayır: eyni cihazlar paneli, mərkəzi konsol və üçqollı sükan çarxı, həmçinin 2019-cu ildə Chevrolet Niva modelində peyda olan multimedia sisteminin ekranıdır. Yeganə fərq isə, bu yay sükan çarxının üzərindəki Chevrolet emblemini əvəz edən Lada loqotipidir. Eyni zamanda, mərkəzi konsoldakı “Niva” yazısı GM şriftində işlənmişdir, halbuki kuzovda Lada üslubunda emblemlər quraşdırılmışdır.

Image alt Image alt Image alt

AvtoVAZ hələlik krossoverin texniki hissəsi ilə bağlı təfərrüatları açıqlamayıb, ancaq avtomobilin mühərriki haqqında məlumat bu yaxınlarda yayımlanan Avtomobil Tipinin Təsdiqində yer alır. Sənəddən kapotun altında heç bir dəyişikliyin olmayacağı ortaya çıxıb: Lada Niva Travel modeli AI-95 markalı benzinlə işləyən, beş pilləli mexaniki ötürmələr qutusu və tam ötürmə ilə birlikdə çalışan 80 at qüvvəli 1,7-litrlik mühərriklə təchiz edilir.

Eksteryerdəki dəyişikliklərə gəldikdə isə, Niva Travel modeli iri toru olan yeni radiator barmaqlığına, kapota və Toyota RAV4 üslubunda yeni ön fənərlərə sahib olub. Yenilənmiş krossoverin zahiri dəyişikliklərini yan moldinqləri, təkər tağlarının işləmələri və yeni təkər diskləri tamamlayır. Arxada isə tam LED arxa fənərlər və yeni çıxıntılı bamper quraşıdırlıb.