Land Rover 1948-ci ildə Amsterdam avtosalonunda Defender modelinin sələfi olan I Series ofrouderini təqdim etmişdi. Müharibədən sonra bu model şirkəti müvəqqəti maliyyə dəstəyi ilə təmin etməli idi, lakin o uzunömürlü oldu və kult statusunu qazandı.

Gələn il ofrouder 75 yaşını qeyd edir və bu əlamətdar tarixi bayram etmək üçün Land Rover cari Defender ofrouderinin məhdud tirajla buraxılacaq xüsusi versiyasını hazırlayıb. Yubiley seriyasından olan ofrouderin qiyməti 85,995 funt sterlinqdən başlayır.

75th Limited Edition xüsusi versiyasında olan ofrouder orijinal Series I kuzovunun rənginə işarə edən Grasmere Green rənginə boyanıb. Bu rəngdən maksimum dərəcədə istifadə edilib: beşmiilli təkər diskləri, ön paneldəki əlavələr və qapı kartları yaşıl rəngə boyanıb. Tarixi rəngdən əlavə, Defender arxa qapının tutacağının altında “75 Years” yazısı olan xüsusi nişanı alıb.

Yubiley seriyasından olan Defender modelinin oturacaqları qara Resist materialı ilə üzlənib, mərkəzi konsol isə, ofrouderin tərtibatında istifadə edilən ən davamlı Robustec parçası ilə işlənib. Avtomobillə birlikdə, eyni Grasmere Green rəngində olan Lifestyle Collection aksesuarlar xətti də debüt edib. Xəttdə iki qayışı olan saat, kürək çantası və brendləşdirilmiş geyimdən ibarətdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

75th Limited Edition versiyası zəngin HSE təchizatına əsaslanır. Onun avadanlıq siyahısına matrisa fənərləri, ddairəvi müşahidə kameraları, proyeksiya displeyi, smartfonların simsiz doldurması meydançası, üç zonalı iqlimə nəzarət sistemi və 11,4-düymlük displeyi olan Pivi Pro multimedia sistemi daxildir. Bundan başqa, siyahıda Terrain Response sisteminin ən son nəsli var.

Texniki hissədə heç bir dəyişiklik yoxdur. Defender benzin və dizel mühərrikləri, həmçinin P400e plagin hibrid versiyasında ilə təklif olunur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.