Lexus şirkəti, yanvar ayında keçiriləcək Detroyt avtosalonunda təqdim etməyi planlaşdırdığı LF-1 Limitless konseptinin ilk tizerini dərc edib. İstehsalçı avtomobili “dəbdəbənin yeni səviyyəsini təyin edən bayraqdar ofroder” kimi səciyyələndirib.

Bununla belə, konsept haqqında ətraflı məlumat verilməyib. Yeganə məlum olan, konseptin yapon şirkətinin Kaliforniyadakı dizayn-studiyası tərəfindən hazırlanmasıdır. Dərc edilmiş tizerdə qeyri-adi ikiqat spoiler, panoram tavan və interyerin elementləri – arxa sərnişinlər üçün nəzərdə tutulan fərdi monitorlar, hətta onların birində avtomobilin silueti əks etdirilib.

Lexus şirkəti tərəfindən nümayiş etdirilmiş son konsept UX prototipi olub. Markanın Fransadakı dizayn-studiyasında hazırlanan avtomobil tündləşmə funksiyası olan elektroxrom şüşələrə və kinetic oturacaqlara sahib idi. Konsept, istehsalçının model xəttində Lexus NX krossoverindən bir pillə aşağıda qərarlaşacaq yığcam krossoverin carçısıdır.