Lexus markası daxili bazar üçün nəzərdə tutulmuş LC və RC kupelərinin yeni versiyalarını təqdim edib. İdman mühiti və göyüş ağacından tərtibata malik olan xüsusi RC Emotional Ash modelinin tirajı məhdudlaşdırılmayıb, lakin "quş və təyyarədən ilham alan" LC Aviation modeli isə eksklüziv olacaqdır. Bu model 70 nüsxəlik tirajla buraxılacaqdır.

LC Aviation modelinin hazırlanmasında yüksək pilotaj nümayiş etdirən pilot Yoşihide Muroy iştirak edib. Nəticədə kupenin aerodinamik xüsusiyyətləri nəzərə çarpacaq dərəcədə yaxşılaşdırılıb: avtomobilin düzlükdəki dayanıqlığı artıb, yana qaçmalar azalıb və sükan mexanizminin reaksiyası daha həssas olub. Dam karbon lifdən hazırlanıb, arxada isə, əlavə yerəbasma gücü yaradan karbon liflindən hazırlanan antiqanad quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

"Aviasiya" LC kupesini qara radiator barmaqlığı və işıq texnikasının Qara rəngli haşiyəsi sayəsində tanımaq olar. Qara və qəhvəyi rənglərlə hazırlanmış daxili tərtibat, Yer üzünə quş baxışından ilhamlanaraq yaradılıb. Mərkəzi konsol, oturacaqlar və qapı kartları yumşaq alkantaradan iri əlavələr alıb, kandarlarda isə xüsusi versiyanın adı həkk edilib.

Lexus LC500 Aviation versiyası Yaponiyada 15.000.000 yenə (243.130 manat) satılacaqdır. Belə kupe 477 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 mühərriki ilə təchiz olunur. 359 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərrikinə əsaslanan hibrid güc qurğusu ilə təchiz edilmiş LC500h bir qədər baha başa gəlir - 15 milyon 460 min yen (250.600 manat).

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lexus RC Emotional Ash ("Emosional Göyüş") adı versiya ilə standart kupe arasındakı əsas fərqi ortaya qoyur: interyerin tərtibatında günəş işığında gümüşü rəngdə bərq vuran təbii göyüş ağacından işləmələrdən istifadə edilir. Göyüş aöacından sükan çarxının, mərkəzi tunelin və pəncərə tənzimləyicilərinin tutacaqlarının elementləri hazırlanır. Zahiri cəhətdən, xüsusi seriyadan olan kupe radiator barmaqlığının, güzgü gövdələrinin parlaq detalları və 19 düymlük alüminium təkər diskləri ilə fərqlənir.

245 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik ilə təchiz edilmiş Lexus RC 300 Emotional Ash modeli 6.469.000 yenə (104.850 manat) satılır. 220 at qüvvəli 2,5-litrlik mühərrikin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz edilmiş RC 300h modeli 6.917.000 yen (112.100 manat), 318 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərriki ilə təchiz edilən RC350 modeli isə 7.477.000 (121.200 manat) yenə başa gəlir.