Almaniyadan yerləşən Lumma Design tüninq atelyesi hər zaman çılğın eksteryer və interyer tərtibatı ilə seçilib. Bu günlərdə almanlar yeni nəsil Mercedes-AMG G63 “bərkgedən” ofroderi üçün tüninq proqramını hazırlayıb.

Bu dəfə də alman tüner ənənəni davam etdirərək ofroderin enini 40 millimetr artıran aerodinamik kuzov dəsti və iri ölçülü təkər diskləri ilə təchiz edib. Üstəlik, Lumma Design mütəxəssisləri “uçan kubiki” iki rəngli sxem ilə boyamağı təklif edir. Aerodinamik kuzov dəstinin tərkibinə yeni ön və arxa bamperlər, yan ətəklər, mühərrikin soyudulmasını yaxşılaşdırmağa xidmət edən havalandırma dəlikləri olan karbondan hazırlanmış kapot daxildir. Kompozit materialdan güzgü gövdələrinin, qapı dəstəklərinin və moldinqlərin hazırlanmasında istifadə edilmişdir.

Tüner Mercedes-AMG G63 modelini kvadrat formalı çıxış boruları olan və səsi tənzimlənən idman buraxılış sistemi, həmçinin 23 və ya 24 düymlük mərkəzi bağlanmalı təkər diskləri ilə də təchiz etməyi təklif edir.

Avtomobilin salonun tərtibatında da iki rəngli sxemdən istifadə edilir. Əlbəttə ki, bu rəng sxemi eksteryerin rəngləri həmahəngdir.

Avtomobilin mexaniki hissəsinə edilən dəyişikliklər asqı sistemi ilə məhdudlaşıbdır. Lumma mütəxəssisləri ofroderin güc aqreqatına müdaxilə etməyiblər. Lakin, yaxın zamanda güc aqreqatı üçün də təkmilləşdirmələrin hazırlanacağı bildrilib.

Təkmilləşdirilmiş ofroder gələn həftə işinə başlayacaq Cenevrə avtosalonunda nümayiş etdiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt