MotoGP çempionatının Argentinada keçirilən mərhələsinin təsnifat mərhələsi qüvvədə olan dünya çempionu Mark Markesin üstünlüyü ilə başa çatıb. Termas de Rio Ondo trekində poula sahib olan Markes dövrəni 1,38.304 zamanla başa vurub.

Son altı ilə Argentinada beşinci poulunu qazanan Markes bu zamanı üçüncü cəhdində göstərib. İlk cəhddə ispan pilot səhv ucbatından yaxşı zaman qeydə ala bilməyib. İkinci zamanı isə, Yamaha komandasının pilotu Maverik Vinyales göstərib. Son cəhdinə Valentino Rossi və Andrea Dovitsiozo ilə yollanan ispaniyalı onların hər ikisini üstələməyə müvəffəq olub. O, Markesdən 0,154 saniyə geridə qalıb. Dovitsiozo isə, Vinyalesə 0,1 saniyə uduzub. Rossi isə, öz növbəsində Cek Milleri üstələyərək dördüncü olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sonrakı yerləri Franko Morbidelli, Fabio Kuartararo, kel Kratçlou, Takaaki Nakaqami və Danilo Petruççi tutub. Seriaynın üçqat çempionu olan Xorxe Lorenso isə ilk onluğa daxil ola bilməyib. O, hətta Pol Esparqaroya keçirlərək son yeri tutub.