Qüvvədə olan dünya çempionu Mark Markes Petronas Yamaha pilotlarını startda keçərək liderliyə yüksəlib və finişə qədər liderliyini qoruyub. O, yaxın təqibçisindən dörd saniyə uzaqlaşmağa müvəffəq olub.

Pouldan start alan Fabio Kuartararo yarışı ikinci davam etdirsə də, yarışın ortasında texniki problem yaşayaraq mübarizəni dayandırmalı olub. Onun ikinci yerdən start alan komanda yoldaşı Franko Morbidelli isə, yarışın yarısında tempi itirib və finişi yeddinci olaraq keçib. Yamaha komandasının pilotlarının problemləri Suzuki pilotu Aleks Rinsə yarayıb və o ikinciliyə yüksəlib. Rins startda dörd rəqibini ötərək beşinciliyə yüksəlib. 

Maverik Vinyales yarışı beşinci olaraq bitirib - yarışın sonunda Vinyales Andrea Dovitsiozonun hücumlarından müdafiə olunmağa məcbur qalıb. Anderanın ardınca Danilo Petruççi və Valentino Rossi finiş xəttini keçiblər. Rossi uzun müddət ilk onluğa daxil olmaq üçün mübarizə aparıb və sonunda yarışı altıncı bitirib. 

İlk onluğu Kel Kratçlou, Takaaki Nakaqami və Xeresdə uayld-kardla çıxış edən Ştefan Bradl tamamlayıblar. Kuagtararodan savayı yarışı tərk edən pilotlar Françesko Banyaya, Xoan Mir və Aleş Esperqaro ilə toqquşan Cek Miller olublar. Mark Markes bu mövsümdə ikinci dəfə qalib olan ilk pilotdur.