Mazda şirkəti CX-5, CX-9 və Mazda6 modellərinin xüsusi versiyalarını təqdim edib. Bu modellər Carbon Edition seriyasına daxil edilib və yalnız Şimali Amerika bazarında satılacaqdırlar.

Carbon Edition modelləri Polymetal Grey rənginə boyanmış kuzova, qırmızı dəri ilə örtülmüş interyerə, qara rəngli daxili və xarici dekor elementlərinə malik olacaqdırlar. Bundan başqa, Carbon Edition modelləri qara rəngli təkər diskləri, güzgülərin parlaq qara rəngli gövdələri, interyerdəki şanvari naxışları və oturacaqların qırmızı tikişləri ilə seçiləcəkdirlər. Stilistik dəyişikliklərə əlavə olaraq, bu seriyadan olan avtomobillər genişləndirilmiş standart təchizata malik olacaqdırlar.

Avadanlıq siyahısına Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən və Bose səs sisteminə malik olan multimedia sistemi, ön oturacaqların qızdırılması daxildir. Carbon Edition modellərinin avadanlıq siyahısına geniş tərkibli i-Activsense aktiv təhlükəsizlik sistemləri daxilib edilib.

Bunlara kor zonalara və arxa tərəfdəki hərəkətə nəzarət sistemi, tam dayanma funksiyası olan radar kruiz-kontrol və avtomatik əyləcləmə sistemləri aiddir. Hələlik avtomobillərin qiymətləri açıqlanmayıb. Satışların başlanğıcına yaxın vaxtlarda bu məlumatın təqdim ediləcəyi vəd olunur.