Sentyabrın əvvəlində Amerika avtomobil bazarında 2021-ci model ili başlanacaqdır. Buna görə də, istehsalçılar tədricən avtomobillərini yenidən nəzərdən keçirməyə başlayıblar. Əksər hallarda, avtomobili növbəti model ilinə köçürmək üçün, təchizat səviyyələrini və rəngləri yenidən nəzərdən keçirmək kifayətdir. Mazda şirkətinin flaqman krossoveri olan CX-9 modelində daha ciddi dəyişikliklər baş verib.

Ən vacib yeniləmə, əvvəlki yeddi və ya səkkiz düymlük displey ilə təklif edilən multimedia sistemini əvəz etmiş 10,25-düymlük geniş ekranlı Mazda Connect sistemidir. Media kompleks Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir və Wi-Fi giriş nöqtəsinə malikdir. Bundan əlavə, krossover dəyişdirilmiş oturacaqlara sahib olub.

Mazda CX-9 modeli də yeni Carbon Edition təchizat səviyyəsini əldə edib. Bu səviyyənin əsas cəhəti Polymetal Grey kuzov rəngu, qara rəngə boyanmış radiator barmaqlığı, güzgü gövdələri və 20-düymlük təkər diskləridir. Karbon versiyasının salonunda isə qara dekoru və qırmızı dəri ilə üzlənmiş oturacaqları görmək olar. Təchizat səviyyəsinin adında karbon kəlməsinin olmasına baxmayaraq, şirkət karbondan hazırlanmış işləmələr barədə məlumat verməyib.

Mazda CX-9 modeli əvvəlki kimi 2,5-litrlik dördsilindrli Skyactiv-G turbomühərriki ilə təchiz edilir. ABŞ spesifikasiyasında mühərrik 253 at qüvvəsinə və 434 Nm fırlanma anına malikdir. Ötürmə önə və ya tam ola bilər. 2021-ci model ilinin krossoverləri ABŞ-dakı dilderlərnə avqustun sonunda çatdırılacaq və 34.000 dollardan başlayan qiymətlər ilə satılacaqdır.