McLaren Special Operations (MSO) bölməsi əfsanəvi braziliyalı pilot Ayrton Sennanın yarış bolidinin rənglərində livreyaya malik olan P1 GTR trek superhibridini nümayiş etdirib. Ultimate Series xəttindən olan hiperkar yenilənmiş aerodinamik kuzov dəstinə və mühərrik bölümünün unikal tərtibatına malik olub.

Unikal avtomobil, uşaqlıqdan Sennaya heyranlıq bəsləyən McLaren kolleksiyaçılarının birinin sifarişi ilə hazırlanıbdır. Superhibridin kuzovu, McLaren MP4/4 bolidinin livreyasının rənglərini xatırladan McLaren Rocket Red və Anniversary White rənglərinə boyanıbdır. Avtomobilin qapısında braziliya bayrağı, “Senna” yazısı və “Driven to Perfection” şüarı həkk edilibdir. Boyanma və qrafik elementlərin çəkilməsi üçün, MSO mütəxəssisləri 800 saat sərf ediblər.

Unikal McLaren P1 GTR adı şəxsi adına da sahib olub – Beco. Bu ləqəbi balaca Ayrtona valideynləri veribmiş. Superhibrid, həmçinin 24 karatlıq qızılla örtülmüş istidən müdafiə ekranına, arxa Lexan qapağına və mühərrik bölümünün modifkasiya edilmiş qabığına malik olub. Bundan başqa, daha iri ön splitterın, Gurney çalının, yan deflektorların və kanardların quraşdırılması sayəsində avtomobilin aerodinamikası yaxşılaşdırılıbdır. Bu yeniliklər sayəsində avtomobilin aerodinamik dayağı 800 kiloqramlıq yerəbasma gücü hasil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin salonunda alkantara ilə üzlənmiş ön panel, sükan çarxı və Senna üçün hazırlanmış yüngülləşdirilmiş yarış oturacaqları vardır. Bundan başqa, MSO müştərisi üçün avtomobilin livreyasına uyğun rənglənmiş unikal dəbliqəni də hazırlayıb. McLaren P1 GTR Beco modelinin texniki hissəsi barədə məlumat verilməyib. Adi P1 GTR modeli 1000 at qüvvəsi hasil edən hibrid güc aqreqatı ilə təchiz edilir. Hibrid qurğu 3,8-litrlik tvin-turbo V8 mühərriki və elektromotordan ibarətdir. Superhibrid 100 km/saat həddinə 2,5 saniyəyə sürətlənir və 362 km/saat maksimal sürətə malikdir.