1995-ci ildə McLaren şirkəti F1 GTR yarış avtomobilinin “Le Manın 24 saatı” marafonundakı qələbəsini beş mülki F1 LM modelinin buraxılışı ilə qeyd etmişdi. Beş rəqəmi təsadüfən seçilməmişdi – F1 GTR avtomobilləri bu yarışda birinci, üçüncü, dördüncü, beşinci və 13-cü yerləri tutmuşdular. GTR üslubunda olan mülki superkarları azaldılmış çəkisi, artırılmış gücü, aerodinamik təkmilləşdirmələr və 1960-cı illərin Can-Am idman avtomobillərinə işarə edən Papaya Orange rənginə boyanmışdırlar.

25 il keçdikdən sonra, Britaniya markasının Şimali Amerikada fəaliyyət göstərən iki dilerləri - McLaren Orlando və McLaren North Jersey bu hadisəni xatırlatmaq qərarına gəliblər. Dilerlər məşhur qələbənin gümüş ildönümünü qeyd etmək üçün, xüsusi layihələrin hazırlanması üzr ixtisaslaşmış MSI bölməsinə  müasir Senna hiperkarının xüsusi versiyasını sifariş veriblər.

Bu versiya da beş nüsxəlik tirajla buraxılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tarixi sələfi kimi, McLaren Senna LM modeli də güclü artırılmış mühərrikə sahib olub: Senna GTR modelindən alınmış 4,0- litrlik V8 mühərrikinin gücü 800-dən 825 at qüvvəsinə yüksəldilib. Bundan əlavə, kolleksiya avtomobili alüminium OZ təkər diskləri, titandan pedallar, xatirə lövhələri də daxil olmaqla bir sıra eksklyuziv eksteryer və interyer elementləri ilə təchiz edilib.

Avtomobilin kuzovu da aerodinamik cəhətdən təkmilləşdirilmiş və təbii ki, narıncı rəngə boyanmışdır. Xüsusi seriyadan olan avtomobillərin təxmini qiyməti bir milyon dollardır.