Mercedes-AMG bölümü gələn həftə media nümayəndələrini qəbul edəcək cenevrə avtosalonunda GT Coupe modelini təqdim edəcək. Bu günlərdə alman istehsalçısı yeni liftbekin növbəti tizerlərini dərc edib.

Mercedes-AMG GT Coupe modeli MRA platformasının təkmilləşdirilmiş variantında hazırlanacaqdır. Avtomobilin 805 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz ediləcəyi gözlənilir. Hibrid güc qurğusunun tərkibinə 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərrik, arxa oxda yerləşdirilmiş elektromotor və “yüksək tutumlu və yüngül” batareyalar dəsti daxildir.

Sıfırdan 100 km/saat həddinə prototip üç saniyədən az müddətə sürətlənməlidir.

Bununla belə, alman istehsalçısı akkumulyatorların xarakteristikaları və elektrik ötürməsi ilə yürüş ehtiyatı barədə heç bir məlumat verilməyib.

Bir müddət bundan öncə, Mercedes-AMG dörd qapılı avtomobilin aerodinamik boruda çəkilmiş təsvirlərini yayıb. Bu tizerlərdə yeni sedanın aktiv arxa spoylerinin fəaliyyəti göstərilir.  Alman istehsalçısı bu spoylerin avtomobilin məhsuldarlığına ciddi təsir etdiyini bildirib. Çox güman ki, imkan verən aktiv spoyler avtomobilin yerəbasma gücünü tənzimləməyərək onun düzlük və döngələrdə daha yeyin olmasını təmin edəcəkdir. Mercedes-AMG GT Coupe modelinin 612 at qüvvəsi hasil edən 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə hərəkətə gələcəyi gözlənilir.

Güc aqreqatı doqquz pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə tandemdə çalışacaqdır.