Mercedes-AMG bölməsi yeni Mercedes-AMG C 63 S E Performance modelinin xüsusi F1 Edition indeksli versiyasını təqdim edib. Yeni staylinq paketi həm sedan, həm də universal üçün əlçatandır. Bu avtomobillər kuzovun xüsusi Alpine Grey rəngi, AMG Aerodynamics kuzov dəsti, eksteryerin qara rəngli dekoru və təzadlı vurğuları olan qara salonu ilə seçilirlər.

F1 Edition seriyası cəmi bir il müddətinə buraxılacaqdır. Formula 1 seriyasından olan hər bir avtomobil onu tozdan və cızıqlardan qoruyacaq firma örtüyü ilə çatdırılacaqdır.

Bu ilin may ayında 843 at qüvvəli Mercedes-AMG GT 63 S E Performance hibridi xüsusi F1 Edition versiyasını əldə etmişdi. Liftbək yalnız xüsusi staylinqi və genişləndirilmiş təchizatı ilə fərqlənirdi. F1-ə həsr edilmiş xüsusi versiya adi hibriddən 23 800 avro baha idi. İndi oxşar versiyaya Mercedes-AMG C 63 S modeli də sahib olub. Qeyd etmək lazımdır ki, təklif olunan təkmilləşdirmələrin siyahısı tamamilə eynidir.

Mercedes-AMG C 63 S E Performance F1 Edition sedan və universalları yan tərəflərdəki AMG stikerləri və kuzovun aşağı perimetri boyunca çəkilmiş qırmızı vurğularla tamamlanan Alpine Grey rənginə boyanırlar. 20-düymlük təkər diskləri tutqun qara rənginə boyanırlar. Onların rənglənməsi sxemi Formula 1 çempionatının rəsmi tibbi avtomobili olan Mercedes-AMG GT 63 S 4Matic+ superkarının təkər disklərini xatırladır.

F1 Edition seriyasından olan avtomobillər standart olaraq, optimallaşdırılmış diffuzor, daha böyük splitter, kandarlardakı əlavə deflektorlar, kiçik arxa spoyler (yalnız sedan) və yanacaq çəninin gümüşü rəgli AMG qapağı ilə təchiz edilirlər. AMG Night Package I və AMG Night Package II paketləri çoxlu sayda parlaq qara rəngdə detalların quraşdırılmasını nəzərdə tutur.

Xüsusi versiyanın salonunda AMG basmanaxışları olan nappa dərisi ilə üzlənmiş oturacaqlar, AMG Performance sükan çarxı, qırmızı təhlükəsizlik kəmərləri və karbondan dekorativ bəzəklərlə quraşdırılıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Son ştrix - avtomobilin xüsusi seriyaya aid olduğunu göstərən xatirə lövhəsidir. Bu avtomobillər yalnız bir il istehsal olunacaq, buna görə də onlar müəyyən kolleksiya dəyərinə malik olacaqlar.

Mercedes-AMG C 63 S E Performance F1 Edition modelinin hər bir müştərisi həmçinin F1 loqosu ilə bəzədilmiş firma brezent örtüyünü alacaqdır. Tentin xarici hissəsi aşınmaya davamlı sintetik parçadan, daxili hissəsi isə antistatik effektli flaneldən hazırlanır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.