Mercedes-AMG söz verdiyi kimi Los-Anjelesə GT kupesinin trek üçün nəzərdə tutulan GT R Pro modifikasiyasını gətirib. Məhdud saylı tirajla buraxilacaq sportkar təkmilləşdirilmiş aerodinamikaya, tənzimlənən amortizatorları olan yenilənmiş asqıya, trek avadanlığına və mərkəzi hissəsi alçaldılmış karbon tavana malik olub.

Mercedes-AMG GT R Pro modelində istifadə edilən texnologiyalar birbaşa avtoidmandan götürülübdür. Kupe yaylara düşən yükləmənin və amortizatorların sərtliyinin tənzimlənməsinə sahib olub.  Özü də amortizatorların zərbəyə və sıxılmaya qarşı yavaş və yeyin xarakteristikalarını ayrı-ayrılıqda dəyişmək olar. Arxa yuxarı qolların saylentblokları şarformalı birləşmə ilə əvəzlənib, öndə isə yüngülləşdirilmiş stabilizatorlar quraşdırılıb. Arxa hissənin sərtliyi artırmaq üçün xüsusi karbon panel quraşdırılıb.

AMG GT R Pro tərkibinə boltla bağlanan təhlükəsizlik karkası, köndələn tirdə bərkidilən dördnöqtəli kəmərlər və iki kiloqramlıq yanğınsöndürən balon daxil olan Track Package dəstinə sahib olub. Kupenin standart təchizatına karbon-saxsı əyləc mexanizmləri, idman oturacaqları və AMG Performance təkər diskləri daxildir.

Ön bamperin yan tərəflərində kanardlar peyda olubdur. Onlar yükəsk sürətlə hərəkət zamanı əlavə stabilliyi təmin edirlər. Arxada isə, yerəbasma gücünü artıran karbondan hazırlanmış vinqletlər, diffuzor və aluminum kronşteynlərdə bərkidilmiş spoyler quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-AMG GT R Pro modeli ilə yanaşı Los-Anjelesdə yenilənmiş GT ailəsini nümayiş etdiriblər. Model yenilənmiş optikaya, 12,3-düymlük rəqəmsal cihazlar panelinə və yeni sükan çarxına sahib olub. Üstəlik, kupe və rodster üçün AMG Track Pace telemetriya sistemi təklif edilir. AMG Dynamics isə seçilmiş rejimdən asılı olaraq elektronikanın tənzimləmələrini dəyişir.