Ən yığcam Mercedes-Benz modellərini özündə cəmləşdirən A-Class ailəsi planlaşdırılan yenilənmədən keçib. Lakin gözə görünən dəyişikliklər olduqca azdır. Şirkət əvvəl elan etdiyi kimi, kiçik modellərin çeşidini ixtisara salmağa başlayıb. A-Class əvvəlki kimi hetçbek və sedan kuzovu ilə təklif edilsə də, modifikasiya və güc aqreqatlarının çeşidinə ciddi şəkildə yenidən baxılıb.

Restaylinq keçmiş A-Class modelləri yeni ön bamperə, fərqli radiator barmaqlığına və ön fənərlərin dəyişdirilmiş içalatına sahib olublar. Yenilənmiş modellər standart olaraq halogenlər ilə təchiz edilirlər, LED fənərləri quraşdırmaq üçün isə əlavə ödəniş gərəkdir. Gündüz hərəkət işıqlar indi tək zolaqlar şəklindədirlər. Təkər disklərin dizaynına da yenidən baxılıb,  arxa tərəfdə isə başqa LED fənərlər peyda olublar.

İnteryerdəki dəyişikliklər də nəzərəçarpan deyillər və əsasən dekorasiya və avadanlıqla bağlıdırlar. Məsələn, bundan sonra A-Class standart olaraq media sisteminin 10,25-düymlük ekranına malik olacaqdır, halbuki əvvəllər onun üçün əlavə ödəniş tələb olunurdu, baza displeyi isə yeddi düymlük idi. Bununla belə, əvvəlki kimi cihazlar panelinin ekranını seçmək (7,0 və ya 10,25 düym) mümkündür.

MBUX media sistemi təkmilləşdirilib: yeni qrafika, təkmilləşdirilmiş səs köməkçisi və sürücülərin tanınması üçün barmaq izi sensoru peyda olub. Mərkəzi tuneldə yerləşən əlavə trekpad yığışdırılıb. Qoşa qollu yeni AMG sükanı - böyük modellərdə olduğu kimidir. Təkrar emal edilmiş materiallardan hazırlananlar da daxil olmaqla, yeni üzlük variantları təklif edilirlar. İstehsalı asanlaşdırmaq üçün bir çox opsiyalar paketlərdə toplanıblar və artıq onlar ayrıca sifariş etmək mümkün deyil.

Mexaniki transmissiyadan da imtina olunub. İndi A-Class modelləri standart olaraq yeddi və ya səkkiz pilləli (mühərrikdən asılı olaraq) preselektiv "robot" ilə təchiz edilirlər. Ən sadə Mercedes-Benz A 160 (109 at qüvvəsi) modifikasiyası da çeşiddən çıxarılıb. Qalan benzin versiyaları ötürmə növünə görə ciddi şəkildə bölünüblər: A 180 (136 at qüvvəsi) və A 200 (163 at qüvvəsi) modifikasiyaları 1,3-litrlik turbomühərrikə və ön ötürməyə malikdirlər.

2,0-litrlik mühərrikləri olan A 220 (190 at qüvvəsi) və A 250 (224 at qüvvəsi) modifikasiyaları isə yalnız 4Matic tam ötürmə sistemi ilə təklif olunurlar. Bundan əlavə, bütün benzin mühərrikləri hərəkətə başlayarkən əlavə 14 at qüvvəsini təmin edən 48 voltluq starter-generatorla təchiz edilirlər.

1,5-litrlik turbodizel iki il əvvəl mühərrik çeşidindən çıxarılıb.  2,0-litrlik dizel mühərriki olan avtomobillər isə, tam ötürmədən məhrum ediliblər. A 180 d (116 at qüvvəsi), A 200 d (150 at qüvvəsi) və A 220 d (190 at qüvvəsi) sedan və hetçbekləri indi yalnız ön ötürmə ilə əlçatandırlar.

Mercedes-Benz A 250 e plagin hibridinin güc qurğusu əvvəlki kimi 218 at qüvvəsi və 450 Nm hasil edir, lakin hər iki mühərrikin xarakteristikaları dəyişdirilib. 1,3-litrlik benzin turbomühərrikinin gücü 160-dan 163 at qüvvəsinə, fırlanma anı isə 250-dən 270 Nm-ə qədər, elektrik mühərrikinin gücü isə 102-dən 109 at qüvvəsinə qədər artırılıb. Eelektromotorun fırlanma anı dəyişməyib - 300 Nm.

Dartma akkumulyatorunun nominal tutumu (15,6 kVt/saat) dəyişməyib, lakin effektiv tutum artırılıb, ona görə də, elektrik rejimindəki maksimal yürüş məsafəsi 7 kilometr artaraq 82 kilometrə çatıb. Nəhayət, dəyişən cərəyanlı yükləmə cihazının gücü 7,4-dan 11 kilovata qədər artırılıb.

Təkmilləşdirmə güclü AMG versiyalarına da təsir etdi, lakin indi onların sayı daha azdır. Mercedes-AMG A 35 sedan və hetçbeki (2,0 litr, 306 at qüvvəsi), həmçinin ən ekstremal Mercedes-AMG A 45 S hetçbeki (2,0 litr, 421 at qüvvəsi) çeşiddəki yerlərini qoruyublar, lakin "aralıq" A 45 (387 at qüvvəsi) versiyası çeşiddən çıxarılıb. Eyni zamanda, A 35 versiyası 14 at qüvvəli 48 voltluq startyor-generator ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artıq bütün AMG versiyalarının radiator barmaqlığının üstündə ayrıca AMG loqosu peyda olub. İlk dəfə belə loqotipdən Mercedes-AMG C 63 S hibridində istifadə olunub və tezliklə bütün çeşiddə tətbiq ediləcəkdir. A 45 S top versiyası üçün əlavə kuzov dəsti, etiketlər və seçilən dekordan ibarət olan yeni Street Style Edition paketi təklif edilir.

Yenilənmiş A-Class modelləri cari ilin sonuna qədər Avropa bazarında satışa çıxacaqlar. Restaylinqdən əvvəlki modelin Almaniyadakı satış qiyməti 29 850 avrodan başlayır, lakin genişləndirilmiş baza təchizatı sayəsində qiymətlərin artacağı gözlənilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.