Mercedes-Benz EQS elektrik liftbekinin tizer kampaniyası davam edir. Bu dəfə Ştuttqart istehsalçısı gələn ayın əvvəlində debütü gözlənilən yeni elektrokarın profilini göstərib.

Yeni tizerdə aerodinamika naminə alçaq damı və “batırılmış” qapı tutacaqları olan kupeşəkilli elektromobilin  silueti əks olunub. Casus çəkilişlərində görünən maraqlı xüsusiyyətlərdən biri yan güzgülərinin yerləşməsi idi: onlar ön qayaqlarda deyil, bir qədər aşağıda, qapılarda quraşdırılıb.

Son vaxtlarda nəşr olunan tizerlərin sayına görə, seriya EQS modeli aprel ayında debüt edə bilər. Bu həftənin əvvəlində, alman istehsalçısı elektrokarın elektron içalatı barədə məlumat verib. EQS modelinin elektron avadanlıqları siyahısına özünü təkmilləşdirən süni zəka və üç ayrı displeydən ibarət olan 56-düymlük “hiperekran” daxil ediləcəkdir.