Mercedes-Benz şirkəti daha səmərəli kabin hava filtrasiya sistemlərini tətbiq edən istehsalçıların sırasına qoşulub. Yeni texnologiyanı sınaqdan keçirmək şərəfinə ilk layiq görülənlər EQS elektrik liftbekinin alıcıları olacaqdırlar. Bu model üçün Stuttqartda, əməliyyat otağında olduğu kimi bakterioloji təmizliyi təmin edən iqlim qurğusu hazırlayıblar.

Yaşıl Mercedes-EQ xəttinin gələcək flaqmanı gələn il debüt edəcəkdir.  Şirkət isə, indidən öz tarixindəki texnoloji cəhətdən ən inkişaf etmiş və ən təhlükəsiz avtomobil üçün müştərilərini hazırlamağa başlayıb. Süni intellekt və özünətəlim mexanizmi ilə təchiz olunmuş MBUX multimedia sisteminə əlavə olaraq, elektroliftbek mürəkkəb və yüksəkeffektivli hava filtrasiya sistemin əldə edəcəkdir. Sistem, HEPA (High Efficiency Particulate Arrestance) filtrindən istifadə edir və sənayedə ilk dəfə olaraq DIN EN 1822 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

Bu isə o deməkdir ki, EQS modelinin salonunda bioloji hava təmizliyi əməliyyat otağında və ya laboratoriyadakı "təmiz otaqdakı" kimi olacaqdır. Kapotun altındakı boşalan yeri tutan HEPA filtrinin ölçüsü yan-yana yığılmış dörd A4 vərəqinin ölçülərindən çoxdur və onun həcmi təxminən 10 litrə bərabərdir. O, xırda PM 2.5 aerosol hissəciklərini, azot oksidlərini, kükürd dioksidini (atmosferi çirkləndirən əsas qazlardan biridir) və xoşagəlməz qoxuları tutaraq-saxlayır. Bunlar, Progressive Luxury (proqressiv dəbdəbə) strategiyasının bir hissəsidir. Bu strantegiyaya uyğun olaraq, Mercedes-Benz "müştərilərinə innovasion texnologiyaları və ekoloji mobillik xidmətlərini təqdim edəcəkdir".

Bu xidmətlərdən biri də Mercedes me Charge servisidir. Gələn ildən etibarən, şirkət hər cərəyan yükləmə seansı üçün istifadə olunan elektrik enerjisinin bərpa olunan enerji mənbələrindən alındığına dair zəmanət verməyə başlayacaqdır. Terminallardan istifadə imkanı Mercedes-EQ modellərinin və təkrar doldurulan hibridlərin sahiblərinə təqdim ediləcəkdir.

2039-cu ilə qədər isə Mercedes-Benz şirkəti özü tamamilə CO₂-neytral olacaqdır. Bütün istehsal zənciri - xammal hasilatından batareyanın atılmasına qədər - ətraf mühitə zərərli təsir göstərməyəcəkdir. Üstəlik, ətraf mühitə uyğunluq maddəsi podratçılar ilə bağlanacaq standart müqaviləyə daxil ediləcəkdir. Əlavə olaraq, Mercedes təkrar emal edilmiş materiallarından daha aktiv istifadə edəcəkdir.

Mercedes-Benz EQ xəttinin bayraqdar modeli olacaq EQS liftbeki Almaniyanın Zindelfingen şəhərindəki Factory 56 zavodunda yığılacaq. Avtomobil EVA (elektrikli nəqliyyat vasitəsi arxitekturası) modul platformasında inşa eedilib və texniki olaraq Vision EQS konseptini təkrarlayır. Liftbek batareyasının parametrləri açıqlanmasa da, yürüş ehtiyatı məlumdur - WLTP dövrünə əsasən 700 kilometr.

Bu gün Mercedes-EQ xətti iki modellə təmsil olunur: EQC və EQV. Bununla birlikdə, gələn daha dörd modelin istehsalına gələn başlanacaqdır. EQS modeli ilə yanaşı, bu xəttə EQA və EQB krossoverləri, habelə EQE biznes sedanı qoşulacaqdır.