Heç kimə sirr deyil ki, dördqapılı kabrioletlərin ən populyar olduğu zamanlar keçən əsrin ilk onilliyinə təsadüf edir - o zaman, dünyada yüzlərlə kuzov atelyesi müxtəlif kuzovların istehsalı ilə məşğul olur və əsasən varlı müştərilərin fərdi sifarişlərini yerinə yetirirdilər.

Lakin zaman keçdikcə, iri kabrioletlər populyarlıqlarını itirməyə başladılar və İkinci Dünya Müharibəsindən sonra belə avtomobillərin seriya istehsalı praktiki olaraq sıfıra bərabər idi. Yeganə istisna, Ford şirkətinin 1967-ci ilə qədər buraxdığı Lincoln Continental sedanına əsaslanan dördqapılı kabriolet idi.

Artıq belə kabrioletlər demək olar ki, yoxa çıxıblar. Bənzər kuzova malik olan ofrouderləri isə barmaqla saymaq olar:misal üçün, beşqapılı Jeep Wrangler və Ford Bronco modellərinin damı çıxarılan versiyaları.

"Açıq sedanlardan" kütləvi şəkildə imtina edilməsinin əsas səbəblərindən biri də, onların kuzovlarının sərtliyinin kifayət qədər olmaması idi - əgər ramalı avtomobillərdə problemdən qismən qurtulmaq mümkün idisə, minik avtomobillərində bunu etmək çox çətin idi.

Ancaq tərəqqi, bildiyiniz kimi, bir yerdə dayanmır: texnologiyanın inkişafı ilə kuzovların burulma və bükülməyə qarşı sərtliyi durmadan artırdı və buna görə də, 2000-ci illərin ortalarında istehsalçılar özlərini dördqapılı kabrioletlər sinifində  sınamaq qərarına gəldilər.

Yeni dalğanın ilk layihələrindən biri, 2007-ci ildə Mercedes-Benz şirkətinin Kaliforniyadakı dizayn studiyasının hazırladığı Mercedes-Benz Ocean Drive konseptual kabrioleti oldu: bundan bir il yarım əvvəl studiya qeyri-adi Mercedes-Benz Bionic konseptini nümayiş etdirmişdi, açıq prototipin təqdimatından bir neçə ay sonra isə, məşhur F700 konseptini işıq üzü görəcəkdi.

Konsert avtomobilinin inşası üçün əsas olaraq, nəhəng V12 mühərriki (517 at qüvvəsi və 830 Nm) ilə təchiz edilən Mercedes-Benz S600 (W221) sedanını seçilmişdi. Xatırladaq ki, bu sedan yalnız uzun təkər bazası olan versiyada təklif edilirdi.

Ancaq prototipin dizaynında “iki yüz iyirmi birinci” modelin tanış cizgilərini tapmaq o qədər də asan deyildi: Ocean Drive kabrioleti qatlanan yumşaq dam ilə yanaşı, fərqli eksteryer dizaynına malik idi ki, bu da onu donor S-Class sedanından uzaqlaşdırmağa kömək edirdi. Kuzovun qeyri-adi ön tərəfi (üç il sonra belə dizayn ikinci nəsil CLS sedanında tətbiq edildi) və çərçivəsiz qapılar iri Mercedes-Benz sedanının mühafizəkar imicini dəyişdirmişdi. O zaman, belə sual yaranır - bəs müvəffəqiyyət üçün nə çatışmırdı?

Ocean Drive rəsmi debütü demək olar ki, vətənində, daha dəqiq desək Detroit avtosalonunda baş tutmuşdu. İş təkcə onun üzərində Şimali Amerikadakı dizayn qrupunun işləməsində deyildi. Dörd nəfərlik böyük kabrioletlərin həsrətini çəkənlərin böyük hissəsi məhz ABŞ-da yaşamlı idilər - çünki vaxtilə burada geniş çeşiddə dördqapılı kabrioletlər təklif edirdilər və buna görə də, Mercedes-Benz Ocean Drive modeli sərgidə furor etməli idi.

Ancaq gözlənilən olmadı – ictimayyətin reaksiyası müxtəlif oldu. Çox güman ki, dünya dörqapılı S-Class kabrioletini qəbul etmək üçün tam yetişməmişdi. Ancaq almanların arsenalında bunun üçün uyğun olan başqa bir marka var idi.

2007-ci ildə dünya miqyasında satışlarında azalması ilə üzləşən Maybach markası, ana şirkətin köməyinə ehtiyac duyurdu. Məşhur brendin yaşlanan model çeşidini 12-silindrli mühərriki olan və S-Class modeilnə əsaslanan kabriolet ilə tamamlamaq pis olmazdı, lakin kabriolet  seriyaya getmədi.

Rəsmi versiyaya görə, Ocean Drive modelinin kuzovunun sərtliyi "Maybach markasının ən yüksək standartlarına" cavab vermirdi, amma əslində dəbdəbəli marka artıq başqa bir layihə üzərində işləyirdi - bir neçə aydan sonra, arxa divan üzərində açılan damı olan Maybach 62 S Landaulet prototipi işıq üzü görəcəkdi.

Görünür ki, Ocean Drive Mercedes-Benz markasının da standartlarına da cavab vermirdi, ona görə də kabriolet prototip statusundan yaxa qurtara bilmədi: alman istehsalçısı layihədən imtina etməyə qərar verdi və növbəti nəsil S-Class (W222) sedanı təəssüf ki, dördqapılı açıq versiyanı ala bilmədi ...

Ancaq flaqman modelləri ailəsi, 1996-cı ildən bəri müstəqil CL sinifinə ayrılan ənənəvi ikiqapılı kabrioletə sahib oldu. Bəs Maybach? Taleyin cilvəsi onddır ki, bu marka da kabrioletlə birlikdə Mercedes-Benz model xəttinə qatıldı - Maybach ayrıca bir marka olaraq həmişəlik ləğv edildi.

Bu gün avtomobil istehsalçılarının yenidən dördqapılı kabrioletlər sinifinə diqqət yetriməsi üçün heç bir zəmin yoxdur: daim sərtləşdirilən təhlükəsizlik standartları və müxtəlif qəza testləri kütləvi modellərin yaradılması sahəsində belə istehsalçılar üçün mürəkkəb problemlər yaradır – yəni, uzunbazalı sedanlara əsaslanan kabrioletlərdən söhbət belə gedə bilməz.

Amma elektromobillər dövrünün bizə nələr gətirəcəyini heç kim bilmir ...