Mini şirkəti Countryman krossoverini damda quraşdırılan turistik çadırla təchiz etmişdir. Bu çadırı Mini şirkəti İtaliyanın Autohome şirkəti ilə birlikdə hazırlamışdır.

Çadır avtomobilin damındakı relinqlərinə quraşdırılan xüsusi platformada bərkidilir. Mini şirkətindən çadırın quraşdırılması üçün bir neçə sadə əl hərəkətlərini həyata keçirmək lazım olduğunu bildirmişdirlər. Bu quraşdırmanı həyata keçirmək üçün xüsusi alətlərin istifadəsinə ehtiyac duyulmur. Açılmış vəziyyətdə çadırın uzunluğu 2,1 metr, eni 1,3 metr, hündürlüyü isə 0,94 metr təşkil edir. Çadır suyadavamlı materialdan hazırlanmış, şəxsi əşyaların saxlanması üçün bölmələr və işıqdiodlarından işıqlandırma ilə təchiz edilmişdir.

Bundan başqa, çadırın dəstinə alüminiumdan hazırlanmış nərdivan da daxildir. Çadırın qiyməti hələlik açıqlanmamışdır.

Image alt Image alt Image alt