Italdesign studiyası Pekin avtosalonunda qeyri-adi Quintessenza konseptini nümayiş etdirib. Elektromobil həm GT sinifli avtomobil, həm də pikapdır və onun təkər bazası BMW i7 modelindəkindən daha uzundur.

Salonda dörd oturacaq var. Arxa oturacaqlar ulduzları və ya gün batımını seyr etmək üçün çevrilə bilərlər. Şou avtomobilinin salonu “mərmər” parçası ilə üzlənib və shy tech ümumi adı altında məşhur olan texnologiyanın inteqrasiyasının ən yaxşı nümunələrini nümayiş etdirir.

Italdesign Quintessenza konsepti özündə “çeviklik, azadlıq, idman və ikilik” ideyalarını daşıyır. BMW i7 modelindən daha uzun təkər bazasına malik olan kupe dörd nəfərlik salona malidir və rahat qran turizmodan pikapa çevrilir.

Bunun üçün, damın baqaj bölməsinin üstündəki sərt hissəsini çıxarmaq kifayətdir. “Pikap” rejimində arxa oturacaqlar Rolls-Royce Cullinan modelindəki Viewing Suite kimi 180 dərəcəyə fırlanırlar. Servo ötürməsi olan açılan qapı rahat enmə/minməni təmin edəcəkdir.

Quintessenza konseptinin salonunda bir çox istehsalçı tərəfindən sevilən minimalizm hökm sürür. Prototipin ön panelinin mərkəzi hissəsi “mərmər” parça ilə işlənib. Bunun üzərində, lazım olduqda, multimedia və iqlimə nəzarət sisteminin idarəetmə düymələri peyda olurlar.

Ön şüşənin altındakı displeydə müxtəlif növ köməkçi məlumatlar (kompas, xəbərdarlıqlar və s.) göstərilir. Onun altında isə,  eyni proyeksiyanın köməkliyi ilə naviqasiya xəritələri göstərilir. Quintessenza konseptində cihazlar paneli yoxdur - onun rolunu sükandakı dok-stansiyada quraşdırılmış smartfon ifa edir.

Buradakı bütün UX/UI, “sərnişinləri xarici məkanla birləşdirən” kimi təsvir edilən never lost konsepsiyasına əsaslanır. Zamanın hər bir anında avtomobil harada olduğunu və təyinat yerinə çatmağa nə qədər vaxt lazım olduğunu bilir.

Marşrut boyunca maraqlı yerlər və ətraf mühit haqqında məlumat proyektorlar vasitəsilə salonun hər yerində göstərilir, ona görə də azmaqdan qorxanların narahatlığına heç bir əsası yoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Quintessenza konsepti 24-düymlük təkər diskləri, aktiv aerodinamika və elektron köməkçilər dəsti ilə təchiz edilib. Güc qurğusu üçmühərriklidir: bir mühərrik öndə, ikisi isə, arxada quraşdırılıb. Onların ümumi gücü 789 at qüvvəsinə bərabərdir.

Avtomobil sıfırdan 60 mil/saat (97 km/saat) həddinə üç saniyədən az müddətdə sürətlənir və 750 kilometr məsafə qət edir (batareyanın tutumu 150 kilovat-saatdır). Təbiətə səyahət etmək üçün əhəmiyyətli bir üstünlük isə, 200-280 millimetr aralığında dəyişən sanballı klirens olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.