Genesis brendi Çin bazarını prioritet hesab edir və bu səbəbədən də, koreyalılar Pekin avtosalonuna iki maraqlı yeniliyi gətiriblər. İlk yenilik, Çin bazarı üçün eksklüziv olan Vision Blue rənginə boyanmış yenilənmiş Electrified G80 modelidir. İkinci yenilik isə, Genesis G80 EV Magma konseptidir – bu prototiplə Genesis Magma xəttinin yerli bazarda satılacağını bəyan edib.

Üç il əvvəl Şanxayda debüt edən Electrified G80, Çin üçün xüsusi olaraq 130 millimetr uzadılıb. Üstəlik, adi sedanda olduğu kimi, burada da mikrolinzalar texnologiyasına malik olan ön fənərlər və G-Matrix naxışını alan dəyişdirilmiş radiator barmaqlığı peyda olub.

Bundan başqa, sedan 27-düymlük OLED displeyini, 17-dinamikli Bang & Olufsen audio sistemini və ikinci cərgədəki masajlı Ergo Motion oturacaqları əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

G80 EV Magma Concept - Magma indeksli ikinci Genesis konseptidir. Koreyalılar bu subbrend altında öz modellərinin BMW M və Mercedes-AMG avtomobilləri ilə rəqabət aparacaq “bərkgedən” versiyalarını satacaqlar.

“Maqmatik” sedan Acme Blue rənginə boyanıb. Rəng seçimi çox asan izah olunur: mavi alov qırmızı və ya narıncıdan daha yüksək temperatura malikdir. Alçaldılmış asqı və genişləndirilmiş təkər izi daha güclü əyləclər və yeni aerodinamik kuzov dəsti ilə birləşdirilir. İnteryer tərtibatında sırıqlı dəridən, alkantara və mavi rəngli karbondan istifadə olunub.

Image alt Image alt Image alt Image alt Image alt

Genesis konseptin güc qurğusu haqqında məlumat verməyib. Adi Electrified G80 modeli hər biri 136 kilovat (185 at qüvvəsi) və 350 Nm,  birlikdə isə, 272 kilovat (370 at qüvvəsi) və 700 Nm hasil edən iki elektrik mühərriki ilə hərəkətə gəlir. Sedan idman rejimində  0-dan 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir. Maksimal sürət - 225 km/saatdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.