Yamaha yenilənmiş Tricity skuterini təqdim edib

Yamaha motosikllərinin model cərgəsi daha bir Tricity 155 şəhər skuteri ilə genişlənmiş oldu. Zahiri görkəm cəhərdən yeni skuter sələfindən o qədər də fərqlənməsə də, texniki nöqteyi-nəzərdən onu daha çox üstələyir. Yamaha şirkətinin yeni trisikli, məhsuldarlığı artırılmış qazpaylayıcı sistemi ilə təchiz edilmiş dörd klapanlı mühərrik ilə hərəkətə gəlir. Bu yenilik sayəsində skuter 14,9 at qüvvəsinə malik olmuşdur. Öz növbəsində, skuterin şassisi cüzi dəyişikliklərə məruz qalmışdır. Öndə olan xüsusi asqı sistemi təkərləri rahatlıqla döndərməyə imkan yaradır.

Arxada güc balansının qorunub-saxlanması üçün mühəndislər 130/70 təkərləri ilə təchiz edilmiş 13 düymlük təkər diski  quraşdırmışdırlar. Yamaha Tricity 155 modelinin təchizatına işıqdiodlarından hazırlanmış ön fənər, TMax firma dayanacaq əyləci, ABS sistemi və 12 voltluq bənd daxil edilmişdir. Tricity 155 skuterləri boz. ag və mavi rənglərdə istehsal ediləcəkdir. Bundan əlavə, yeni skuterin baqaj bölməsi hiss olunacaq dərəcədə genişlənmişdir. İndi rayderin oturacağının altında motodəbliqəni və ya digər əşyaları yerləşdirmək olar.

Skuterin aerodinamik parçaları və oturacağı da dəyişikliklərə məruz qalmış, bir neçə yeni aksessuar əlavə edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Yamaha Tricity 155 skuteri yalnız Avropa bazarı üçün nəzərdə tutulmuşdur.

ДРУГИЕ СТАТЬИ