BMW Motorrad şirkəti avtonom idarəetmə sistemi ilə təchiz edilmiş baykın prototipini nümayiş etdirib. Eksperimetal R1200GS modeli sərbəst şəkildə hərəkətə başlamağı, döngələri qət etməyi və dayanmağı bacarır.

Alman istehsalçısı avtonom idarəetmə texnologiyaları irəli sürmək fikrində olmadığını bildirib. Bununla belə, onlar bu növ texnologiyaların gələcəkdə motosiklləri daha təhlükəsiz edəcəyindən əmindirlər.

Bu səbəbdən də, BMW Motorrad mühəndisləri motosikllərə elektron dayınıqlılıq sistemini inteqrasiya etmək arzusundadırlar. Onlar yeni sistemin maneələri dəf etməyin təhlükəsiz istiqamətini tövsiyyə edəcək və kritik vəziyyətlərdə ümumi sabitliyi artıracaqdırlar.