Honda şirkəti “Zirehli xəyalət”(Ghost in the Shell) filmi üçün futuristic görkəmə malik olan motosikl hazırlamışdır. Bu motosikli filmin baş qəhrəmanı olan Motoko Kusanaqi sürəcəkdir. Kusanaqi rolunun ifaçısı məşhur aktrisa Skarlett Yohansson olacaqdır.

Film üçün hazırlanan motosikl Honda NM4 modelinin bazasında yaradılmışdır. Bayk karbondan hazırlanmış ramaya və işıqdiodlarından olan işıq texnikasını əldə edəcəkdir. Eyni zamanda, motosiklin zahisi görkəmi və loqotipi dəyişdirilmişdir. Dizaynerlərin sözlərinə görə, onlar neofuturizm üslubunda "bərkgedən" bayk hazırlamaq istəyirmişdirlər.

“Zirehli xəyalət” filmi eyniadlı manqaya (yapon komiksi) əsaslanır. Süjetə görə, Yohansson xüsusi əməliyyat qrupuna başçılıq edən mayor Motoko Kusanaqi adlı kiborqun rolunu ifa edir. Bu qrup ən təhlükəli cinayətkarlar və ekstremistlərlə mübarizə aparır. Film Amerika Birlləşmiş Ştatlarında 31 martda kinoteatrlarda nümayiş etdiriləcəkdir.

Image alt Image alt Image alt