Dünən Porsche şirkəti Panamera hetçbekinin növbəti nəslinin təqdim ediləcəyi tarixi açıqlamışdır. Yeni Porsche Panamera iyun ayının 28 tarixində Berlin şəhərində nümayiş etdiriləcəkdir. Bir müddət bundan əvvəl, internet məkanında yeni nəsil Porsche Panamera modelinin interyerinin və arxa işıq texnikasının ilk rəsmi fotoşəkili yayımlanmışdır. Autograph komandası üçün yeni Panamera'nın görünüşü sirr olmasa da, biz müəyyən səbəblərdən açıqlama verməmişdik.

Bu gün artıq bu sirrin üstü açıldığına görə, biz də yeni Panamera'nın zahiri və daxili görkəmini əks etdirən fotoşəkilləri dərc etmək qərarına gəldik. Təsvirlərdən də göründüyü kimi, bu günə qədər sirr olan işıq texnikası tamamən dəyişilərək yeni forma almışdır.

Yeni Porsche Panamera modelinin əsasını Volkswagen şirkətinin işləyib-hazırladığı MSB platforması təşkil edəcəkdir. Bu platforma sayəsində yeni Panamera cari modeldən 90 kiloqram daha az çəkiyə malik olacaqdır.  

Artıq məlum olduğu kimi, Panamera «qaynar» Audi SQ7 modelindən alınmış dizel mühərriki ilə də təchiz ediləcəkdir.

Yeni Panamera haqqında geniş məlumat onun rəqsmi təqdimatı zamanı veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt