Ford şirkəti rəsmi olaraq yeni nəsil GT superkarının xüsusi modifikasiyası olan Competition Series variantını təqdim etmişdir. İstehsalçı avtomobilin trekdə idarəetmədən həzz alan sürət aşıqlərinə ünvanladığını bildirmişdir.

Ford mütəxəssislərinin səyləri nəticəsində GT Competition Series modifikasiyasının ağırlıq mərkəzi aşağı salınmışdlr ki, bu da idarəetmənin kefiyyətinin və manevr qabiliyyətinin yüksəldilməsinə gətirib çıxarmışdır. Avtomobilin zahirində baş vermiş dəyişikliklər karbon zolaqlardan, karbondan hazırlanmış örtülmüş ön dirəklər və yan güzgülərdən, həmçinin yenilənmiş kapotdan ibarətdir. Yeri gəlmişkən, kapotun çəkisi də cüzi miqdarda azaldılmışdır. 

Mühəndislər avtomobili yüngülləşdirmək üçün sürücünün arxasındakı arakəsməni Gorilla Glass adlı nazik, lakin möhkəm şüşədən hazırlamışdırlar. Bununla belə, avtomobilin yüksək məhsuldarlığı təmin edən digər xüsusiyyətləri də mövcuddur. Bunlara misal olaraq FIA tərəfindən sertifikatlaşdırılmış təhlükəsizlik karkasını və aktiv aerodinamika sistemini göstərmək olar.

Ford GT Competetion Series kupesi üçün altı rəng çaları təklif ediləcəkdir. Bunlar qara Shadow Black, ağ  Frozen White, gümüşü Ingot Silver, mavi Liquid Blue, boz Liquid Grey və sarı Triple Yellow boyalarıdır. Avtomobilin debütü Daytona 500 yarışlarının çərçivəsində təşkil ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt