Audi şirkətinin Norveçdəki nümayəndəliyi bu gündən başlayaraq Audi e-tron Quattro modelinə öncədən sifarişləri qəbul etməyə başlamışdır. Elektromobilin əldə edilməsində maraqlı olan yerli müştərilər öncədən sifarişi rəsmiləşdirmək üçün 20000 kron (2900 dollar) ödəməlidirlər.

Ekoloji cəhətdən təmiz olan elektromobillərin çatdırılmasına gələn il başlanmalıdır.  Alman istehsalçısının mətbuat açıqlamasına istinad edən InsideEV nəşri, öncədən ödənişlə yeni krossoverə sifarişlərin qəbul edildiyi ilk ölkənin Norveç olduğunu bildirmişdir. Şirkətdən bildirildiyinə görə, krossoverin seriya variantı, demək olar ki, 2015-ci ildə təqdim edilmiş Audi e-tron Quattro Concept konseptindən heç nə ilə fərqlənməyəcəkdir.  

Xatırladaq ki, Frankfurta nümayiş etdirilmiş konsept biri ön oxda, ikisi isə arxa oxda yerləşən  üç elektrik mühərriki ilə hərəkətə gəlirdi. Ümumilikdə aqreqatların gücü 435 at qüvvəsi təşkil etmişdir. Lakin, qəfil sürətlənmə zamanı onların gücü 503 at qüvvəsi və 800 Nm fırlanma anına kimi artırıla bilər. Krossover 100 km/saat sürətini 4,6 saniyəyə toplayır və onun maksimal sürəti elektronika ilə 210 km/saat həddində məhdudlaşdırılmışdır. 95 kilovatt-saat güçündəki batareyalar dəsti avtomobilə 500 kilometr yürüş etmək imkanı verir. 

Konseptin qabarit uzunluğu 4,88 metr, eni - 1,93 metr, hündürlüyü isə 1,54 metr təşkil edirdi. Onun baqaj bölümünün həcmi 615 litrə bərabər isi. Ölçülərinə görə, yeni krossover Audi Q5 və Q7 modellərinin arasında yer almalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt