Seat şirkəti 25 il istifadəsiz qalmış 600 kabrioletini yenidən bərpa etmişdir. Xatırlatmaq istəyirik ki, Seat 600 modeli 1957-ci ildə Barselonada keçirilmiş avtosalonda təqdim edilmişdir. İstehsalçı 1973-cü ilə qədər bu modeldən 800 min ədəd satılmışdır.

İstehsalçı bu modelin «İspaniyanı təkərlər üzərinə qoyduğunu» bildirmişdir. Modelin 60 illik yubileyi şərəfinə Seat şirkətinin 30 mühəndisindən təşkil edilmiş komanda 25 il istifadəsiz qalmış avtomobili həyata qaytarmaq missiyasını öz üzərinə götürmüşdür. Kabrioletin bərpası və modernləşdirilməsinə 1500 insan-saat sərf edilmişdir.

Artıq avtomobil bütün müasir təhlükəsizlik standartlarına tam şəkildə cavab verir və sərbəst şəkildə ümumi istifadə üçün yollarda hərəkət edə bilər. Mühədislərdən birinin sözlərinə görə, ən böyük problem itmiş 1000 detalı tapmaq olmuşdur.

Kuzovun rənglənməsi üçün, «ilk buraxılan modelləri xatırladan» 15 litr mav-boz boya, interyerin tərtibatı üçün isə, 50 metr uzunluğu olan parça rulonu tələb olunmuşdur.

Əllə idarə edilən yumşaq tavan, sükan çarxı və cihazlar paneli tamamilə yenidən bərpa edilmişdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt