Bu gün internet şəbəkəsində Maserati Levante krosoverinin hybrid variantı haqqında məlumat peyda olmuşdur. Maserati Levante Hybrid adlandırılacaq modifikasiya Chrysler Pacifica Hybrid miniveninin də təchiz edildiyi hibrid güc aqreqatını alacaqdır.

Bu barədə məlumatı CarAdvice nəşrinə şirkətin ixracı inkişafı bölməsinin başçısı Umberto Çini vermişdir. Onun bildirdiyinə görə, avtomobil güc xarakteristikalarını qoruyub-saxlamaqla yanaşı ekeloji cəhətdən təmiz olacaqdır. Xatırladaq ki, bir müddət bundan öncə marakanın başqa bir təmsilçisi Harald Uester belə izahat vermişdi: «Hibrid güc aqreqatının yaradılmasını nəzərdə tutan ayrıca proqramın qəbul edilməsi bizim üçün özünəqəsd olardı. Ona görə də, biz FCA alyansına daxil olan tərəfdaşlarımıza mühaciət etdik». 

Chrysler Pacifica modelinin hibrid güc aqreqatının tərkibinə 248 at qüvvəsi olan altı silindirli mühərrik, elektromotor, doqquz pilləli «avtomat» və 16 kilovatt-saat tutumu olan batareyalar dəsti daxildir.

Yalnız elektrik mühərrikindən istifadə etməklə avtomobil 48 kilometr məsafə qət etmək iqtidarındadır. Hibrid aqreqatlı miniven 100 kilometrə 3,5 litr yanacaq sərf edir.