Koenigsegg və Hasselblad şirkətlərindən "ekstremal" fotosessiya

Fototexnikanın istehsalı üzrə ixtisaslaşmış Hasselblad firması və hiperkar istehsalçısı Koenigsegg şirkəti qeyri-adi fotosessiya üçün bir araya gəliblər. Tərəflər Regera və Agera RS hiperkarlarının “ekstremal” fotoşəkillərini hazırlayıblar.

Koenigsegg şirkətində bu birgə çalışmanı “göylərdə bağlanmış nigah” adlandırıblar. İstehsalçının mətbuat üçün olan açıqlamasında hər iki şirkətin İsveç mənşəli olması, öz sahələrində yeni standartları təyin etdiyi və daima inkişafda olduqlarını xüsusi ilə vurğulanıb. İsveçin cənubunda olan Skone vilayətində həyata keçirilən çəkilişlər üçün iki gün sərf edilib.

Çəkiliş zamanı Hasselblad mütəxəssisləri H6D-100c kamerasını və DJI firmasının istehsalı olan üç drondan istifadə ediblər. Əlavə olaraq, Hasselblad mütəxəssisləri Koenigsegg firmasının zavoduna baş çəkərək hiperkarların istehsal prosesini də lentə alıblar.

Bu materiallar sonradan dərc ediləcək. 

ДРУГИЕ СТАТЬИ