Mitsubishi şirkəti avqustun ortalarında Cakartada keçiriləcək motorşouda nümayiş etdirəcəyi yeni modeli təqdim edib. Ofroderlərə məxsus olan dizyn elementlərinə sahib olan minivenin adı açıqlanmayıb.

Bir müddət bundan öncə, KİV-lər avtomobilin Expander adlandırılacağını xəbər vermişdi. Modelin qabarit uzunluğu 4475 millimetr, eni - 1750 millimetr, hündürlüyü isə 1700 millimetrə bərabərdir. Yaponlar avtomobilin "rahatlığın və ofroderlərə məxsus olan texniki xarakteristikaları özündə cəmləşdirən universal miniven" adlandırıblar. Bununla belə, avtomobilin texniki xüsusiyyətləri barədə məlumat verilməyib.

Yeni modelin öndən çəkişli olacağı və 1,5-litrlik benzin mühərriki ilə təchiz ediləcəyi söylənilir. Güc aqreqatı beş pilləli mexaniki və dörd diapazonlu avtomatik ötermələr qutusu ilə tandemdə çalışacaqdır. Expander modelinin klirensi 205 millimetr təşkil edəcək. Modelin istehsalı Mitsubishi Motors şirkətinin İndoneziyadakı zavodunda yerləşdiriləcəkdir. Yerli bazarda avtomobil bu ilin payızından satışa çıxarılacaqdır.  

Image alt Image alt Image alt