Rolls-Royce markasının BMW konserninin qanadları altına keçməsindən sonra yaradılan Phantom modelinin işıq üzü görməsindən 14 il keçir. Dünən Londonda keçirilən xüsusi The Great Eight Phantoms adlı tədbirdə dəbdəbəli sedanın səkkizinci nəsli təqdim edilib. Britaniyalı istehsalçının bildirdiyinə görə, yeni Phantom alman konserninin ən bahalı və texniki cəhətdən mükəmməl avtomobilidir.

İlk baxışdan yeni «Fantomu» sələfi ilə səhv salmaq mümkündür. Şirkət dizaynerləri inqilabi dəyişikliklərə deyil təmkinli təkamülə üstünlük veriblər. İstehsalçının nümayəndələrinin bildirdiyinə görə, dizaynerlər modelin zahiri görkəmində olan «artıq» xəttləri minimuma endiriblər. Avtomobilin ön tərəfdəki işıq texnikası ümumi blokda cəmləniblər - ayrı yerləşdirilən hərəkət işıqlarından imtina edilib. Ön fənərlər 600 metr məsafəni işıqlandırmaq qabiliyyətinə malik olan lazer texnologiyası ilə təchiz olunur. 

Phantom modelinin ən tanınan elementi olan radiator barmaqlığı əvvəlki modlə nisbətən bir qədər yüksəkdə yerləşdirilib. Artıq radiator barmaqlığı ayrıca element deyil - o tamamilə kuzova inteqrasiya edilib. «Vəcdin ruhu» heykəlciyi də yarımdüym əvvəlkinə nisbətən yarım düym hündür yerləşdirilib.

Yeni sedanın qabarit uzunluğu 5762 mm, eni - 2018 mm, hündürlüyü isə 1646 mm təşkil edir. Onun təkər bazasının uzunluğu 3552 mm bərabərdir. Beləliklə, səkkizinci nəsil Phantom modeli sələfindən 77 mm qısa, 29 mm enli və 8 mm hündürdür.  Avtomobilin təkər bazası da 10 mm qısalıb.

Standart bazalı modellə yanaşı uzun bazalı Phantom EWB  modifikasiyası da təqdim edilib.  Sonuncu kuzovun arxa qapı hissəsini adi modelə nisbətən  200 mm daha uzundur.

Yeni Rolls-Royce Phantom modeli alüminium güc karkasına asılan alüminium və kompozit materiallardan hazırlanmış panellərə malik olan unikal arxitekturalı kuzovla təchiz edilib. Belə texnologiyadan adətən idman avtomobillərində istifadə edilir, lakin dəbdəbəli sedanlar üçün o qədər də uyğun deyildir. Bu səbəbdən də Pahntom yaradıcılarının Architecture of Luxury («Dəbdəbə arxitekturası») adlandırdığı başqa konstruksiyaya malikdir.

Bu tamamilə alüminiumdan hazırlanmış aparıcı kuzovdur. Yeni kuzov əvvəlkindən yüngül və 30% artmış burulmaya qarşı sərtliyə malikdir. Qeyd etmək lazımdır ki, bu modul platformasıdır və gələcəkdə Cullinan ofroderi də dazil olmaqla yeni nəsil Rolls-Royce modellərinin əsasını təşkil edəcəkdir. Səkkizinci nəsil Phantom modeli öndə ikiqollu, arxa da isə beşqollu asqı sisteminə sahib olub. Əlbəttə ki, asqı sistemi pnevmatik elementlərə malikdir. Üstəlik sedan aktiv asqı sistemini də əldə edib.

Bu sistemin iş prinsipi yeni Audi A8 modelindəkinə bənzəyir - alın şüşəsində quraşdırılmış stereokamera yol sətfinin relyefinə nəzarət edərək 48 voltluq sistemlə çalışan aktuatorlara komandalar göndərir və köndələn dayanıqlılıq stabilizatorların köməyi ilə kuzovun vəziyyətini dəyişir. Yaradıcıları bu sistemi Magic Carpet Ride adlandırıblar ki, bu da avtomobilin uçan xalça kimi rəvan geşə malik olduğuna işarə edir.

Bununla belə, bu sistem 100 km/saat sürətlərinə qədər işləyir. Daha yüksək sürətlərdə asqı sistemi passiv xarakterə malik olur.  Daha bir yenilik tam idarələnən şassidir ki, bu da iri avtomobilin manevr qabiliyyətini yüksəltməyə xidmət edəcəkdir.

Yaradıcıları yeni Phantom modelinin dünyanın ən sakit avtomobili kimi səciyyələndirirlər. 100 km/saat həddində salonda olan səs-küy səviyyəsi 10% azaldılmışdır. Bu nəticəni əldə etmək üçün ikiqatlı şüşələrin qalınlığı 6 mm qədər artırılıb və 130 kq izolyasiya materialından istifadə edilib.

Bundan başqa, xüsusi olaraq model üçün nəzərdə tutulan Continental şinlərinin içərisi köpüklə doldurulmuşdur kİ. bu da səs-küyün azaldılmasını təmin edir. Belə təkərlər adi şinlərdən 9 Db daha səssizdirlər. Elə bu səbəbndən də yeni «Fantom» sələfindən 75 kq ağırdır. Onun tam çəkisi 2625 kq təşkil edir.

İnteryerə gəldikdə isə, sedanın elektrik ötürməsinə malik olan ön və arxa qapılarının açılması ilə, müasir Rolls-Royce modellərinin dəbdəbəli tərtibatlı salonunu görürsünüz. Burada demək olar ki, hər şey əvvəlki qaydadadır.

Bir sözlə klassik Rolls-Royce salonuna açılan mənzərə qarşınıza çıxır. Lakin, yeniliklər də vardır. Misal üçün, 12,3 düymlük diaqonalı olan displey ənənəvi cihazlr panelini əvəz edib. İstehsalçı ənənəvi siferblatlı cihazlar panelindən imtinanı müştərilərin tələbi ilə edildiyini bildirib. Buna baxmayaraq, əvvəlki kimi taxometri güc ehtiyatı göstəricisi əvəz edir.

Multimedia sisteminin displeyi önə çıxan edilib. Qeyd etmək lazımdır ki, displeyin şüşəsinin arxa fonunda dünyə incəsənət incilərinin sürətini yerləşdirmək mümkündür. İstehsalçının kataloqunda rəsm əsərlərinin geniş seçim imkanı mövcuddur. Multimedianı ön oturacaqların arasında yerləşdirilən şaybanın köməyi ilə idarə etmək mümkündür. Proyeksiya displeyi də avtomobilin avadanlığına daxildir.

Avtomobilin salonunun ölçüləri demək olar ki dəyişilməz qalıb - yalnız hündürlük ölçüləri bir qədər artmışdır. Arxa cərgənin oturacaqları bölünmüşdür və bir-birinə tərəf dönmək imkanına malikdirlər.

Bu söhbət zamanı sərnişinlərin boynuna düşən gücü azaltmaq məqsədi daşıyır. Açılan masalar, çıxan displeylər və bütün disrəkaltıların qızdırılması arxa sərnişinlərin ixtiyarına verilmişdir.

Yeni sedan əvvəlki kimi 6,75-litrlik həcmi olan V12 mühərriki ilə təchiz edilir. Lakin, bu mühərrik ciddi şəkildə təkmilləşdirilib: güc aqreqatı yeni porşen, şatunlar, söyutma sistemi və iki turbokompressor ilə təchiz edilmişdir. Nəticədə, yenilənmiş mühərrik 571 at qüvvəsinə və 900 Nm fırlanma anına malik olub. Xatırladaq ki, mühərrikin atmosfer tipli variantı 460 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edirdi. Aqreqatın xarakteri əvvəlki kimi rəvanlığa və rahatlığa köklənib.

Güc aqreqatı təkmilləşdirilmiş səkkiz diapazonlu ZF avtomatik ötürmələr qutusu ilə birgə çalışır.

Ötürmələr qutusu eyni zamanda naviqasiya sistemi ilə əlaqəli çalışır. Misal olaraq, avtomobil yoxuşa yaxınlaşarkən elektronika özü aşağı pilləni qoşacaqdır. Ötürmə ənənəvi olaraq arxa təkərlərədir. Yerindın 100 km/saat həddinə «səkkizinci» Phantom 5,3 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırlıb.

Məntiqi olaraq, yeni Phantom bütün müasir aktiv və passiv təhlükəsizlik sistemləri ilə təchiz edilib. Bunlara misal olaraq, dairəvi görüntü kameralarını, adaptiv kruiz-kontrolu, gecə görüntü sistemini, avtomatik əyləcləmə sistemini, yol zolarlarına nəzarət və sair sistemləri göstərmək olar. 

Yeni Rolls-Royce Phantom modelinin satışlarına payızda başlanacaqdır. Böyük Britaniyada dəbdəbəli sedan 400 min funt-sterlinqdən başlayan qiymətlərlə satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt