Amerikalı istehsalçıların stəkanaltılara xüsusi rəğbət bəslədiyi hər kəsə bəllidir. Səbəbini də bilirik - yerli bazardakı tələbat. Bu sahədə Ford şirkəti xüsusi ilə fərqlənib. Keçən il istehsalçı F-Series pikaplarında sayı 10 ədədə çıxan stəkanaltı-transformerləri təqdim etmişdir.

İndi isə istehsalçı manevrlər zamanı içkinin dağılmayacağına təminat verən yeni özü tənzimlənən sistemi yaradıb. Sistem nəzəri cəhətdən giroskopun asqısını xatırladır - sadəcə fırlanğıcı qazlı içki və ya kofe ilə dolu stəkan əvəz edir. Halqaların ətrafındakı örtük isə, sistemə tozun daxil olmasının qarşısını alır və eyni zamanda dönmə bucağını məhdudlaşdırmağa xidmət edir.

Patent stəkanaltının bərkitmə sisteminin istənilən istiqamətdə və nəzərə çarpacaq bucaqda əyilmək qabiliyyətinin olduğunu təsvir edir. Bunun sayəsində sürətlənmə və əyləclmə zamanı mayeni dağıtmaq istəyən qüvvələr kompensasiya edilir. Bununla belə, sistem heç bir avtomatika olmadan fəaliyyət göstərir: tutucunun alt hissəsində xüsusi yükcük asılmışdır ki, o əyləcləmə və ya sürətlənmə zamanı ağırlıq mərkəzini aşağı çəkir. 

Sistemin yaxın zamanlarda hər hansı bir Ford modelində tətbiq edilməsi hələlik təsdiq edilməyib. Lakin, amerikalılardan bu sahədə hər şeyi gözləmək olar.