Renault-Nissan alyansı Renault-Nissan-Mitsubishi adlanacaq

Renault-Nissan alyansı bundan sonra Renault-Nissan-Mitsubishi adlanacaqdır. Bu barədə elanı, 15 sentyabr tarixində keçirilən yeni strategiyanın təqdimatı zamanı Karlos Qon edib.

Keçən il səhmlərinin 34 faizi alyans tərəfindən satın alınan Mitsubishi Motors şirkətinin adı alyansın rəsmi adına daxil edilib, ittifaqın sarı-qırmızı xəttlərdən ibarət olan loqotipi isə, üç zirvəsi olan geometrik fiqura çevrilibdir.

Lakin, bunu yapon istehsalçısına verliən avans kimi saymaq olar, belə ki, alyansın quruluşu dəyişikliyə məruz qalmayıb: Mitsubishi, Renault şirkəti ilə paritet əsasında (50/50) qrupu yaradan Nissan şirkətinə tabe edilib. Hətta, alyansın işinə cavabdeh olan və Amsterdamda qeydiyyatdan keçmiş firmanın adı hüquqi olaraq əvvəlki kimi Renault-Nissan B.V. adlanır. Proqram nitqinə gəldikdə isə, Karlos Qon alyansın 2017-ci ilin birinci yarısında avtomobil satışına görə (5 milyon 270 min minik və yüngül kommersiya avtomobili) dünyada birinci yerə yüksəldiyini bildirib.

Əsas hədəf 2022-ci ilə kimi bu rəqəmi 14 milyona, satışdan əldə edilən vəsaiti isə 240 milyard dollara (keçən il bu rəqəm 180 milyard təşkil edib) çatdırmaqdır.

Bu məqsədlə alyansın şirkətləri 12 sırf elektrik, biri isə tam avtonom olan 40 yeni modeli buraxmağı planlaşdırır. Orta ölçülü avtomobillər üçün ümumi elektrik «arabacıqlarının» və platformalarının tətbiqi sayəsində birgə modul platformalarında inşa edilən avtomobillərin sayı ildə iki milyondan doqquz milyona qədər artmalıdır.

2020-ci ildə ümumi modul platformalarından istifadə hüququ Mitsubishi şirkətinə də veriləcəkdir ki, bu da alyans üzrə xərcləri 11,9 milyard dollar azaltmağa imkan verəcəkdir.  Daha ətraflı planlar alyansın hər bir üzvünün keçirəcəyi konfranslarda açıqlanacaqdır. İlkin olaraq, belə konfransı, 6 oktyabr tarixində, alyansda üstünlüyə malik olan Renault şirkəti keçirəcəkdir.

ДРУГИЕ СТАТЬИ