Yeganə nüsxədə buraxılmş Rolls-Royce Hyperion kabrioleti dördüncü dəfə satışa çıxarılıb. Dubayda yerləşən Alain Class Motors şirkəti kabrioletə iki milyon avro qiymət təyin edib. 2009-cu ildə diler mərkəzi avtomobil üçün ikqat məbləği - 4,5 milyon avro tələb edirdi.

Rolls-Royce Hyperion 2008-ci ildə Böyük Britaliyada yaşayan kolleksiyaçı Roland Hollun sifarişi ilə inşa edilib. Avtomobil, Pininfarina dizayn-atelyesinin xüsusi sifarişlərə cavabdeh olan bölməsi tərəfindən Phantom Drophead Coupe modelinin bazasında yaradılıb. Kabrioletin panelləri karbondan hazırlanıb. Onun qapıları isə, bütöv ağac parçalarından yaradılıbdır. Avtomobilin arxa oturacaqları ləğv edimiş, qabaq oturacaqları isə 400 millimetr önə çəkilmişdir. Rolls-Royce Hyperion biksenon fənərlərə, radiatorun işıqdiodlarından işıqlandırmasına və qatlanan yumşaq tavana sahib olub.

Hyperion modeli 459 at qüvvəsi və 710 Nm fırlanma anı hasil edən 6,75-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. 100 km/saat həddinə avtomobil 5,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt