Ford şirkəti özünün dizayn mərkəzlərində Microsoft HoloLens qarışıq reallıq eynəklərinin sınağına başlayıb. Yeni texnologiya tam ölçülü maketləq olmadan avtomobilin bir neçə variantda dizaynını yaratmaq imkanı verəcəkdir.

Qarışıq reallıq eynəklərinin istifadəsi üzrə pilot layihəsinə Dirborndakı dizayn-studiyada start verilib.  Mərkəzin əməkdaşları bir neçə saat ərzində ayrıayrı elementlərin virtual dizayn variantlarında avtomobilin fikizi modelində yerləşdirərək baxa bilərlər. Bununla bərabər, obyektin əks olunması baxış bucağından asılı olaraq dəyişə bilər.

Windows 10 əməliyyat sistemində çalışan eynəkdə quraşdırılmış kompyüter, elementi skan edir və onun holoqrafik variantını yaradır. Bu variant fiziki maketin qzərinə yerləşdirilir. Dizaynerlər onu, nəqliyyat vasitəsinin dəyişmək və düzəliş etmək mümkün olan hissəsi kimi görürlər. Onlar hətta, komandanın digər üzvüləri üçün nəzərdə tutulmuş audio və vizual qeydiyyat da edə bilərlər. Eyni zamanda, eynəklərin görüntüsünü öz aralarında sinxronlaşdırmaq da mümkündür.

Bu texnologiyanı həmçinin layihələndirmə sisteminə birləşdiriblər ki, bu da dizaynerlərə mühəndislərlə birlikdə çalışmaq imkanı verir.

Misan üçün, reak vaxt rejimində onlar nəinki yan güzgülərin dizaynını görürlər, həmçinin, onların funksionallığını və rahatlığını da qiymətləndirə bilirlər.