Facebook sosial şəbəkəsindəki Autogesport səhifəsində kamuflyaja bürünmüş Lamborghini Urus prototipinin fotoşəkli yerləşdirilib. Doğrudur bu italyan markasının ilk krossoverinin birinci cəsus fotoşəkli deyil, lakin, onun ən yaxından çəkilçiş ilk təsviridir.

İlkin məlumatlara görə, yeni krossover Bentley Bentayga, Audi Q7 və Porsche Cayenne modellərinin istehsalında istifadə edilən MQB modul platformasında inşa edilib. Yeni krossover 650 at qüvvəli 4,0-litrlik səkkiz silindrli turbomühərriklə təchiz ediləcəyi bildirilib. 

2018-ci ilin yazında satışına start veriləcək “bərkgedən” italyan krossoverinin satış qiymətləri 180 min avrodan (360 min manat) başlanacaqdır. İtalyan istehsalçısının bildirdiyinə görə, avtomobilin seriya modeli əvvəllər göstərilmiş Lamborghini Urus Concept modelinin dizayn üslubunda görünüşə malik olacaqdır. Lakin, seriya modelinin ön və arxa hissəsinin dizaynı konseptdən bir qədər fərqlənəcəkdir. Eyni zamanda, insayderlər yeni avtomobilə böyük marağın olduğunu bildirsələr də, qəbul edilmiş sifarişlərin sayı  barədə məlumat vermək imtina ediblər.  

İtalyan istehsalçısının nümayəndələrinin bildirdiyinə görə, krossover gündəlik istismar üçün nəzərdə tutulur və ildə 3000 ədədlik tirajla istehsal ediləcəkdir.