Hyundai şirkəti bu ayın sonunda keçiriləcək SEMA tüninq sərgisində Ioniq hibridinin konseptual variantını nümayiş etdirəcəkdir. HyperEconiq Ioniq adını almış avtomobil, seriaya modelindən belə qənaətcildir.

Yardıcılarının iddia etdiyinə görə, konsept 100 kilometrə üç litrdən az yanacaq sərf edir. Prototip Kanadada yerləşən Bisimoto Engineering atelyesi ilə birlikdə hazırlanmışdır. Hibrid yeni aerodinamik kuzov dəsti, 19-düymlük karbon diskləri, yırğalanmaya qarşı müqaviməti azaldılmış şinlər və bağlı arxa təkər tağları ilə təchiz edilib.

Bundan başqa, konsept azaldılmış klirensə, Bisimoto buraxılış sisteminə, başqa generatora və NGK şamlarına, yenilənmiş elektronikaya, Buddy Club alüminium əyləc supportlarına və Recaro oturacaqlarına sahib olub.

Tünerin iddiasına görə, avtomobilin qarışıq rejimdə yanacaq sərfiyyatı 2,9 litrə bərabərdir. Xatırladaq ki, seriya avtomobili 100 kilometrə dörd litr yanacaq sərf edir. Hyundai Ioniq hibridi 2016-cı ildə debüt edib. Avtomobil, tərkibinə 105 at qüvvəli 1,6-litrlik benzin mühərriki, 43,5 at qüvvəli elektromor və litium-polimer akkumulyatorları daxil olan hibrid güc qurğusu ilə hərəkətə gəlir.