Nissan GT-R sportkarını coystikə qoşublar

Nissan şirkəti Gran Turismo yarış simulyatorunun yaradıcısı olan Polyphony Digital şirkətilə əməkdaşlığının 20 illik yubileyinə həsr olunmuş qeyri-adi Nissan GT-R modelini inşa edib. Sportkarı Sony PlayStation əlavəsinin coystikinə birləşdirərək Silverstoun trekinə buraxıblar.

Nissan GT-R/C adını almış avtomobili GT Academy müsabiqəsinin qalibi Yan Mardenboro idarə edib. Coystiklə idarə olunan avtomobil Silverstoundakı dövrəni 17,47 saniyəyə qət edib. Yürüş zamanı avtomobilin ortalama sürəti 122 km/saat, maksimal sürəti isə 211 km/saat olub. Sportkarın telemetriyası, Yanın avtomobili uzaqdan idarə etdiyi helikopterin salonunda quraşdırılan ekranda əks etdirilib.

Sportkarı uzaqdan idarə etmək üçün mühəndislər avtomobildə sükana, əyləclərə, ötürmələr qutusuna və akseleratora nəzarət edən dörd robotlaşdırılmış mexanizm quraşdırıblar.

Bu mexanizmlər altı kompyüterin nəzarəti altında işləyərək, uzaqdan nəzarət modulundan avtomobilə saniyədə 100 dəfə siqnal ötürüblər.

ДРУГИЕ СТАТЬИ