Geely konserni tərəfindən satın alınmış Lotus markası 2021-ci ildə özünün ilk krossoverini təqdim edəcəkdir. Krossoverin patent bürosuna təqdim edilmiş təsvirləri Çinin PCauto saytı tərəfindən dərc edilib.

Yayılan təsvirlərdə məşhur idman avtomobilləri istehsalçısının ilk krossoverinin eksteryerinin Evora və Elise modellərindən tanış olan firma üslubunda tərtib edildiyi açıq-aydın görünür. Bu səbəbdən də krossover hündür klirensə malik olan kupeyə bənzəyir.

Krossoverin təkər tağları isə, onun sürətli avtomagistrallarda hərəkət üçün nəzərdə tutulmuş idman asqısı ilə təchiz ediləcəyindən xəbər verir.

Lotus markasının rəhbəri Jan-Mark Qales də krossoverin daha çox idman yönümlü olacağını bildirib.

Bir müddət bundan öncə, Lotus markasının Çində istehsal müəssisəsini inşa edəcəyi barədə xəbərlər peyda olub. Çox güman ki, markanın ilk krossoveri də Çində yığılacaqdır. Son zamanlar bu bazarda idman avtomobillərinə lyuks krossoverlərə böyük tələbat müşahidə edilir. 

Image alt Image alt Image alt Image alt Image alt