Kia şirkəti SEMA tüninq sərgisinə Stinger modelinin Federation adını almış variantını gətirib. Sərgi üçün hazırlanmış avtomobilin tərtibatında bazarda əldə etmək mümkün olan tüninq detallarından istifadə edilibdir.

Air Design USA atelyesinin təklif etdiyi aerodinamik kuzov dəstinin tərkibinə arxa baqaj qapağının üzərində quraşdırılan spoyler, arxa bamperdəki diffuzor və qabaq kapotun üzərindəki hava dəlikləri daxildir. Bundan başqa, avtomobil TSW firmasının 20-düymlük təkər disklərinə, Falken şinlərinə, Eibach firmasının yayları və diametrli genişləndirilmiş köndələn dayanıqlılıq stabilizatorları olan qısaldılmış asqıya sahib olub.

Ən əsası isə, avtomobilin 3,3-litrlik iki turbokompressorlu V6 mühərrikinin gücü 15 at qüvvəsi artırılıb.

Mühərrikin gücünün 385 at qüvvəsinə qədər artırılmasına K&Т soyuq buraxılış kompleksi və dörd çıxış borusu olan Borla firmasının axına müqaviməti azaldılmış səsboğucu sistemi yardım edibdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt