Bu gün internet şəbəkəsində Chevrolet Corvette kupesinin ən güclü modifikasiyası ZR1 modelinin fotoşəkli peyda olub. Şəkil "Car and Driver" dərgisinin dekabr buraxılışının üz qabığında çap olunubdur. Dərginin üz qabığının şəklini isə, Corvetteblogger.com saytı yayıb.

Dərc edilən şəkildən Corvette ZR1 modifikasiyasının digər modellərdən üç iri hava girişi olan bamperi, kapotu, təkər diskləri və arxada quraşdırılan böyük antiqanadla fərqlənəcəkdir. Üz qabığında  ZR1 modifikasiyasının 750 at qüvvəsi hasil edən mühərriklə təchiz edildiyi də yazılıbdır.

Lakin, üz qabığında bundan başqa heç bir məlumat dərc edilməyib.

Corvette ZR1 modelinin təqdimat mərasimi noyabr ayının ortalarında işinə başlayacaq Dubay avtosalonunda keçiriləcəkdir.

Image alt Image alt Image alt